“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri I raundda ilk oyunlarını keçiriblər.
“Report”un məlumatına görə, Polşada “Rakuv” və Estoniya “Flora”sı arasında baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Yeganə qolu 54-cü dəqiqədə Vladislav Koçergin vurub.
Polşa və Estoniya çempionlarının cavab görüşü iyulun 18-də Tallində gerçəkləşəcək. Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsinin ilk matçında Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə məğlub edib.