Niderland millisinin və "Ayaks"ın Əfsanəvi qapıçısı Edvin van der Sar Xorvatiyada istirahətdə olarkən beyin qanaması keçirib. Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş qapıçısı helikopterlə xəstəxanaya aparılıb, hazırda reanimasiyadadır. Qeyd edək ki, 52 yaşlı qolkiper karyerası boyu “Ayaks”, “Yuventus”, “Fulhem” və “Mançester Yunayted”də çıxış edib. 2016-cı ilin noyabrından 2023-cü ilin may ayına qədər o, “Ayaks”ın baş direktoru vəzifəsində çalışıb.