Messi “Barsa”ya niyə qayıtmadığını etiraf etdi - YENİLƏNİB + VİDEO
Messi “İnter Mayami”yə keçmək qərarı ilə bağlı bütün həqiqətləri açıqlayıb.

“Mən həqiqətən “Barsa”ya qayıtmaq istəyirdim, belə bir arzum var idi. Amma iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqasının ixtiyarına verib yenidən eyni vəziyyətə düşmək istəmədim. Özümü və ailəmi düşünərək öz qərarımı vermək istədim. La Liqanın keçidimə yaşıl işıq yandırması ilə bağlı xəbərlər eşitdim, amma həqiqət budur ki, “Barsa”ya qayıtmağım üçün hələ də çox şeylər çatışmırdı. Onların oyunçu satması və ya maaşlarının azaldılması üçün məsuliyyət daşımaq istəməzdim. Artıq yorulmuşam. Pul, mənim üçün heç vaxt problem olmayıb. “Barselona” ilə müqaviləni belə müzakirə etmədik! Mənə təklif göndərdilər, amma heç vaxt rəsmi, yazılı və imzalı bir təklif olmadı. Heç vaxt maaşımla bağlı danışıqlar aparmamışıq. Söhbət pulla bağlı deyildi, əks halda Səudiyyəyə qoşulardım. Mən əminəm ki, klub üçün mənfi hal olduğunu nəzərə alaraq belə komandada mənim “Barsa”ya qayıtmağımı istəməyən insanlar var. Digər Avropa klublarından təkliflər almışam, lakin bu təklifləri nəzərə almadım, çünki yeganə fikrim Avropada “Barselona”ya qoşulmaq idi. “Barselona”ya yaxın olmaq istərdim. Yenidən “Barselona”da yaşayacağam, artıq qərar verilib. Ümid edirəm ki, bir gün kluba kömək edəcəyəm, çünki bu, mənim sevdiyim klubdur”, - deyə Messi “Mundo Deportivo”ya müsahibəsində bildirib.

23:30

Lionel Messi “İnter Mayami” klubuna keçəcəyini təsdiqləyib.

“Mayamiyə getməyə qərar verdim. Mən hələ də sövdələşmənin 100% bağlanıb-bağlanmadığına əmin deyiləm. Amma biz üzümüzü ora tutmaq qərarına gəldik”, - deyə futbolçu İspaniyanın “Mundo Deportivo” qəzetinə müsahibəsində deyib.

O, bu qərarını diqqət mərkəzindən yayınmaq və ailəsinə daha çox vaxt ayırmaq istəyilə izah edib.
Həmçinin klub da öz rəsmi hesabında Messi transferi ilə bağlı paylaşım edib:

 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti