Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş çempionat təşkil olunub.
Demokrat.az xəbər verir ki, Bakıdakı “Elektra Events Hall” mərkəzində keçirilən yarışda qaliblər müəyyən edilib.
Qaliblərə mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.
Qeyd edək ki, yarışdan çəkilmiş görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sözügedən çempionatla bağlı təşkilatçılar tənqid olunub.
Bir çox sosial şəbəkə istifadəçiləri bu yarışın ulu öndər Heydər Əliyevin adına yaraşmadığını bildiriblər.