Ordu vilayətində baş verən qəzada sürücünün idarəetməsindən çıxaraq qarşı zolağa çıxan avtomobildə Türkiyəli taekvondoçu Batuhan Çakmak həyatını itirib, 4 nəfər isə yaralanıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza gecə saatlarında Taşbaşı adlanan Məhəllədə baş verib. Dostunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq baryerləri aşıb və qarşı zolağa çıxıb. Xəbərdarlıqla bölgəyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Qəzada yaralanan sürücü Şahin və yoldaşları Batuhan Çakmak, Yasin K., Bensu Ş. və Göksu G. xilasetmə qrupları tərəfindən Ordu Dövlət Xəstəxanasına çatdırılıb. Bütün səylərə baxmayaraq Türkiyəli taekvondoçu Batuhan Çakmak xilas ola bilməyib.