Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe növbəti rekorda imza atıb. Bakupost.az xəbər verir ki, o, Liqa 1-də “Lans”la görüşündə fərqlənməklə Paris təmsilçisindəki qollarının sayını 139-a çatdırıb. Bununla da PSJ-nin Fransa çempionatında ən sərrast futbolçusuna çevrilən 25 yaşlı forvard uruqvaylı Edinson Kavaninin (138 qol) rekordunu qırıb. Qeyd edək ki, "Lans" həmin qarşılaşmada 3-1 hesabı ilə "PSJ"yə məğlub olmuşdu.