K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev işdən çıxarılıb. Bakupost.az xəbər verir ki, bu barədə A.Musayevin özü feysbuk hesabında paylaşım edib. O, tutduğu postdan səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə işdən ayrıldığını bildirib.