“Mən içəri girəndə arvadım mühafizəçi ilə…” –
Ötən il Bakının Xəzər rayonu ərazisində yerləşən uşaq və qadın sığınacağına basqın edilməsi və oraya sığınan qadının əri tərəfindən qətlə yetirilməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Globalinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən proses ötən həftə başa çatıb. 27 yaşlı arvadını sığınacaqda qətlə yetirən 1987-ci il təvəllüdlü Sübhan Hətəmov (ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məhkəmə istintaqı zamanı qətl hadisəsinin təfərrüatı məlum olub. Sübhan Hətəmov ifadəsində bildirib ki, hadisədən bir müddət əvvəl arvadı Ülkər Hətəmova (ad-soyad şərtidir) əməliyyat olunması üçün xəstəxanaya yerləşdirilib. O, həmin vaxt həyat yoldaşının xəstəxananın palatasında orada işləyən mühafizəçi ilə öpüşdüyünü görüb. Bundan sonra Sübhan arvadının başqa şəxslə də münasibətdə olmasını bilib və ailədəki münasibətlər lap pisləşib.

Həyat yoldaşını 16 bıçaq zərbəsi ilə qətlə yetirən Sübhan ifadəsində bunları deyib:

“2010-cu ildə Ülkərlə tanış olduq, bir-birimizi sevib, evləndik. 3 uşağımız dünyaya gəldi. Xəzər rayonunda mənim valideynlərimlə birgə yaşamağa başladıq. Anam 2017-ci ildə vəfat etdi, atamla hazırkı dövrədək birgə yaşamışıq. Evli olduğumuz müddətdə Ülkərlə ailədaxili münaqişələr olurdu, o, sərbəst yaşamaq istədiyini deyirdi və bir neçə dəfə Bərdə rayonuna – atasının evinə də getmişdi. Hirsim soyuduqdan sonra gedib onu yenidən evə gətirirdim. Təxminən 5 ay əvvəl Ülkər qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından əməliyyat olunmaq üçün 26 saylı xəstəxanaya yerləşdirildi. Ülkər zəif olduğundan həkim demişdi ki, əməliyyatdan öncə müalicə alsa yaxşıdır. O, xəstəxanada olarkən axşam saat 19 radələrində ərzaq alıb yanına getdim. Palataya daxil olarkən Ülkəri xəstəxanada mühafizəçi işləyən Əliyar adlı şəxslə öpüşən vəziyyətdə gördüm. Həmin vaxt Əliyar dərhal palatadan qaçdı, Ülkər isə səhv hərəkət etdiyini dedi, uşaqlara görə onu bağışlamağımı istədi. Sonra Ülkər əməliyyat olundu və onu evə gətirdim. Uşaqların xətrinə arvadımı bağışlamışdım, ona telefon işlətməyi qadağan etmişdim”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra da ailədəki münasibətlər yaxşılaşmayıb:

“Mübahisələr səbəbindən o, yenə Bərdəyə atasının evində getdi. Təxminən bir həftə sonra Ülkər əlaqə saxlayıb, uşaqları görmək istədiyini dedi. Əgər ona mobil telefon alsam, mənimlə barışacağını bildirdi. Mən də telefon alıb, Bərdəyə gedib Ülkəri gətirdim. Təxminən 3 ay keçdi, sakitlik idi. Bir müddət sonra onun telefonunu götürüb yoxlayan zaman başqa nömrədə Vatsap proqramından istifadə etdiyini gördüm. Oraya girəndə arvadımın bir oğlanla yazışdığını, həmin oğlana çılpaq şəkillər, videolar atdığını gördüm. Ülkər ilk olaraq hər şeyi inkar etdi, sonra isə uşaqların xətrinə onu bağışlamağımı dedi. Ülkər mənimlə evlənməmişdən əvvəl həmin oğlanla sevgili olduqlarını, bir-birini istədiklərini, lakin o vaxt ailəsinin razı olmadığını, həmin oğlan ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olduqlarını dedi”.

Sübhan Hətəmov qeyd edib ki, bundan sonra artıq arvadını öldürmək qərarına gəlib:

“Lakin qohumlarım məni sakitləşdirib boşanmağın ən yaxşı yol olduğunu dedilər, mən də razılaşdım. Həmçinin Ülkərin ailə üzvləri ilə əlaqə saxladım, video, şəkilləri onlara da göndərdim. Ülkərin qohumları onu qəbul etmədiklərini dedi. Onun telefonunu alıb satdım. Bir gün sonra isə arvadım evdən qaçıb polis şöbəsinə gedərək məndən şikayət etdi. Guya onu döydüyümü, təcavüz etdiyimi, bu səbəbdən sığınacaq istədiyini bildirdi. Onu sığınacağa yerləşdirdilər, sonra uşaqları da oraya apardılar. Məni Xəzər RPİ-nin 3-cü polis bölməsinə dəvət edib, izahatımı aldılar və orada arvadımın dediklərinin yalan olduğunu bildirdim. Ülkərin məqsədi məni həbs etdirib sərbəst həyat yaşamaq idi. Hadisədən bir gün əvvəl sığınacağa gedib şikayətini geri götürməsini, boşanıb hər kəsin öz həyatını yaşayacağını dedim. Məndən boşanacağını, lakin atasının evinə də getməyəcəyini, mənimlə də əlaqə saxlamaq istəmədiyini, onsuz da hər şeyin üzə çıxdığını, həmin oğlan ilə bir-birini istədiklərini və onunla yaşayacağını dedi. Sığınacaqdan çıxdıqdan sonra onun valideynləri ilə əlaqə saxlayıb Bakıya dəvət etdim”.

Həbs edilmiş şəxs əlavə edib ki, qayınatasıgil Bakıya gələndən sonra birgə sığınacağa gediblər. Orada Ülkər bütün qohumlarından imtina etdiyini deyib:

“Onlar sığınacaqdan çıxıb getdikdən bir neçə saat sonra, saat 19 radələrində mən təkrar sığınacağa getdim, bu dəfə mənimlə danışmağa çıxmadı. Hasardan sığınacağın həyətinə tullandım. İlk olaraq sığınacağın mətbəxinə baxdım və Ülkərin orada olduğunu gördüm”.

Bundan sonra Sübhan zorla Ülkəri sığınacağın həyətinə çıxarıb və mətbəxdən götürdüyü bıçaqla arvadına 16 zərbə endirərək onu oradakı insanların gözü qarşısında öldürüb.

Məhkəmədə mərhum Ülkər Hətəmovanın atası qızının daha əvvəl başqa şəxslə münasibətdə olduğunu biliklərini deyib. O, Sübhana etdiyi hərəkətə görə bəraət qazandırmadığını bildirsə də, ondan şikayətçi olmadığını deyib:

“Sübhanın niyə belə etdiyini başa düşürəm və 3 azyaşlı uşaqlarına görə ona qarşı heç bir şikayət və ya tələbimiz yoxdur”.

Bundan başqa Ülkərin gizli münasibətdə olduğu Rafiq adlı şəxs də şahid qismində dindirilib. O, Ülkərin evlənəndən sonra onu axtarıb tapdığını və Bakıda müxtəlif ünvanlarda, əsasən hotellərdə görüşdüklərini bildirib. O, Ülkərə onunla ailə qurmayacağını bildirdiyini və başqa qızla evlənəcəyini əvvəldən söyləməsini də qeyd edib.

Məhkəmədə həmçinin məlum olub ki, Sübhan barəsində qətl törətmə maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 158-ci, yəni Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma maddəsi ilə də iş açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesin yekununda ona 10 il həbs cəzası təyin edilib.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti