“Bizim Ev” MTK Zərdabi küçəsini tikinti poliqonuna çevirib
Biz bir media olaraq Azərbaycanda yüksək mərtəbəli binalar tikən MTK-ların qanunsuz əməlləri barədə neçə illərdir ki, yazırıq. Biz bu mövzuda yazanda nə qardaş Türkiyədə, nə də hansısa qonşu ölkədə bu miqyasda zəlzələ baş vermişdi. Sadəcə, biz problemi görürdük, cəmiyyətin və hakimiyyətin diqqətini buna yönəltməyə çalşırdıq. Bu gün Azərbaycanda hamı zəlzələdən, tikilən binaların riskli olmağından və daha nələrdən danışıb yazırlar. Bəs biz neçə illər öncə bu barədə haray salanda niyə kimsənin səsi çıxmırdı. İndi hamı xorla bu barədə danışır.
Bəli, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyi məsələsi aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur. Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Biz çətinliklə əldə etdiyimiz sənədlər əsasında yazmışdıq ki, binalar arasındakı məsafə binaların hündürlüyünün 0.6 hissəsindən az olmamalıdır. Biz rəsmi sənədlər əsasında yazmışdıq ki, məhəllə daxilində yüksək mərtəbəli binalar tikilə bilməz. Əgər sabah qəza vəziyyəti olarsa, xilasetmə qüvvələri bura necə daxil olacaq..? Təsəvvür edirsiniz, yeni tikilən binaların arasından adi avtomobil güclə keçir. İraq olsun fəlakət olarsa, vəziyyət necə olacaq..? Bir daha bildiririk ki, dünya seysmoloqlarının tərtib etdiyi xəritədə Bakı 8-9 ballıq seymsik zonada yerləşir. Başa düşdünüzmü, cənablar..? Millətin faciəsi ilə alver etməyin.
Bəli, bu gün Bakıda yüksək mərtəbəli bina tikənlərin, MTK sahiblərinin çoxunun inşaat işindən başı çıxmır. Dünən bazarlarda şortik satanlar, siqaret alverçiləri, nə bilim qəssablar hamısı bina tikintisinə girişib. Belələrindən biri də “Bizim Ev” MTK-dır. Mənə “İmişlili Mürşüd deyərlər, mənim qarşımda heç kim dayana bilməz...” deyən bu köhnə tərəkəməyə necə başa salaq ki, şəhərsalma müasir elmdir, ay adam... Sən nə bilirsən inşaat, şəhərsalma nədir..? Bu adam heç tikintinin adi-elementar qaydalarını da bilmir. Beləsinə heç toyuq hini də etibar etmək olmaz. Bu adam gecə-gündüz ətrafda yaşayan sakinləri nevroz həddinə çatdırıb, səs-küydən sakinlər evlərində otura bilmir. Bu adam məhəllədə uşaqların oynadığı xırda sahəni də zəbt edib. Əgər sabah bu uşaqların başına bir iş gələrsə kim cavab verəcək, ay Mürşüd..? Bu adam Yasamal rayonunda “Məhsul” idman stadionunun ərazisini zəbt edib. Görəsən, Yasamal İcra Hakimiyyəti, FHN, Arxitektura və Memarlıq Komitəsi hara baxır..?
Yazıq vətəndaşlar ən yuxarı instansiyalara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy, stress mənbəyi deyil ee... Bu MTK-la həm də yaşıllıqların qənimidir. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur.
Təsəvvür edirsiniz İmişli Mürşüd idman stadionunun soyunub-geyinmə otağını da zəbt edib. Sözün qısası, biz yenə də gördüklərimizi yazırıq, haray salırıq ki, bəlkə bu məmurlar ayıla. Türkiyədəki faciə bizdə təkrar olunmaya. Buyurun bu da sakinlərə işgəncə verən obyektin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024.gundelik-baku.com
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti