Xüsusi riskli Bakı: bizdən beşqat diqqət tələb olunur - AKTUAL
Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,8 bal gücündə zəlzələ görünməmiş dağıntılarla nəticələnib. Ehtimallar irəli sürülür ki, qurbanların sayının çox olması bəzi binaların müvafiq təhlükəsizlik meyarlarına cavab verməməsi ilə bağlıdır.

2000-ci ildə Bakıda da 6,8 bal gücündə yeraltı təkan qeydə alınıb və onlarla tikili dağılıb, çat verib, 30 nəfər isə dünyasını dəyişib. Bu hadisədən sonra paytaxtda tikinti bumu yaşanıb, yeni tikililərin hesabına Bakıda binaların sayı xeyli artıb.

Qardaş ölkədəki zəlzələ Bakıdakı binaların zəlzələyə davamlılıq məsələsini yenidən gündəmə gətirib.

TEREF.AZ-ın məlumatına görə, seysmoloq alim Ənvər Əliyev mövzu ilə bağlıa AYNA-ya deyib ki, ölkəmiz seysmik zonada yerləşir: “Bu, kifayət qədər ciddi məqamdır. Bu səbəbdən maksimum diqqətli olmalıyıq. Xüsusən, məktəblərin, bağçaların, binaların, bir sözlə, əhalinin kompakt yaşadığı və toplaşdığı məkanların inşası zamanı müvafiq qaydalara riayət olunmalıdır. Tikililərin zəlzələyə davamlılığı diqqətli şəkildə nəzərdən keçirilməlidir. Müvafiq qurumlar bununla bağlı araşdırmalar aparmalıdır. Hansı tikililərdə risk yüksəkdirsə, həmin tikilələrə nəzarət tədbirləri gücləndirilməlidir. Eyni zamanda, maarifləndirmə işləri həyata keçirilməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, söhbət milyonlarla insanın taleyindən gedir: “Bu gün onsuz da paytaxt yüklənib. Ölkə əhalisinin yarıya qədəri Bakıdadır. Bakı şəhərində nə qədər evlər tikilir. Ən müasir binalarda belə, problemlər var. 4-5 bina yan-yana, bir metr ara məsafəsində inşa olunub. Birində fəsad olsa, domino effekti göstərib, üçünü, dördünü yıxacaq. Sovet vaxtında binanın hündürlüyü qədər məsafədə nəsə tikmək olmazdı”.

“Türkiyədə baş verən zəlzələ bir daha göstərdi ki, heç kim təbiətin şıltaqlığından sığortalanmayıb. Təbii fəlakətlərə hazır olmalıyıq. Təşvişə düşmək, panika yaymaq yox, məntiqli və sistemli şəkildə hazırlaşmaq lazımdır”, - mütəxəssis bildirib.

Əliyev vurğulayıb ki, zəlzələ ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil: “Bununla bağlı yalnız ehtimallar irəli sürmək olar. Hətta hava proqnozunu belə, bir həftə öncədən vermək mümkün deyil. Buna qədər belə iddialar mövcud idi ki, İstanbulda yeraltı təkanlar gözlənilir. Lakin digər ərazidə oldu. Aralıq dənizi sahilləri seysmik zonadır. Ona görə də orada zəlzələlər intensiv olur. Təbii ki, mülahizələr irəli sürmək mümkündür. Amma qəti fikir söyləmək doğru deyil. Seysmik zonalar daha təhlükəlidir, amma bu, o demək deyil ki, zəlzələ ancaq o ərzilərdə baş verir”.

TEREF.AZ-ın məlumatına görə, əmlak eksperti Ramil Osmanlı mövzuya dair AYNA-ya şərhində söyləyib ki, bizim paytaxtımızda vəziyyət daha risklidir: “Allah göstərməsin, Bakıda Kahramanmaraş vilayətindəki miqyasda zəlzələ baş verərsə, böyük faicələr yaşana bilər: “Allaha dua edək ki, Bakıda zəlzələ olmasın. Düzdür, keyfiyyətli, müvafiq standartlara uyğun tikilən binalar da mövcuddur. Onların bəziləri seysmik standartlara uyğundur. Digər yandan, istismar müddətini başa vuran binalar var. Onların sayı isə həddindən artıq çoxdur”.

“Bəzi ərazilərdə binaların inşası zamanı normativlər gözlənməyib. Həmin binalar tikinti standartlarına cavab vermirlər. Bir-birinə yaxın, bəzi hallarda bitişik, sosial obyektlərə yaxın ərazilərdə inşa olunub. Yola yaxın tikilib, səkilərin üzərindədir. Sabah Bakıda güclü zəlzələ baş verərsə, bunlar hamısı öz fəsadlarını göstərəcək”, - deyə müsahibimiz bildirib.

Onun dediyinə görə, binaların sökülməsi və yeniləri ilə əvəzlənməsi zaman alan məsələdir: “Bəzi binalar faktiki olaraq basımsız vəziyyətdədir. Çirkab suları ilə zirzəminin dolması, binanın bünövrəsinin məhvinə, yumşalmasına, orada bərkidilmiş knstruksiyaların əriyib yox olmasına gətirib çıxarır. Eyni zamanda, binalara olan əlavə artırmalar konstruksiya dəyişiklikləri də birbaşa binanı qəzalı vəziyyətə gətirib çıxarır, binanın tarazlığını pozur. Qəzalı binaların da sayı az deyil”.

“Yeni tikili inşa etmək üçün binaları sökən tikinti şirkətləridir. Onlar da öz maraqlarına uyğun ərazilərdə binalar inşa etməyə üstünlük verirlər. Bu məsələlərə xüsusi nəzarət olmalı idi. Təbii ki o binalar birmənalı olaraq sökülməlidir, amma sökülənə qədər bu binaları hansısa formada qoruyub saxlamaq lazımdır. Çünki orada insanlar yaşayır”, - deyə Osmanlı fikrini tamamlayıb.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti