Türkiyənin İsgəndərun limanında zəlzələdən sonra güclü yanğın başlayıb.
“Sabah” xəbər verir ki, alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılır.
İskəndərun Türkiyənin ən böyük limanlarından biridir. Dəniz İşləri Baş İdarəsinin statistik məlumatlarına görə, 2022-ci ildə limanın ümumi yük dövriyyəsi 67,6 milyon ton yük təşkil edib.