“İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.
O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib.
“Parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) isə BNA-nın cərimə yazmaq səlahiyyəti qalır”, – deyə Ərşad Hüseynov vurğulayıb.