Türkiyədə 1 yaş yarımlıq, yeni yeriməyə başlamış Asım gecəyarı polis və anasına həyəcanlı anlar yaşadıb. Bakupost.az xəbər verir ki, bir otel işçisi səhər 4-də küçədə bir körpənin sakitcə dolaşdığını görüb. Otel işçisi uşağı saxlayaraq, ətrafı gəzib, heç kimi görməyib, sonra polisə xəbər verib. Polis ətraf evləri, binaları gəzərək açıq qapını axtarıb. Nəhayət bir binadan ər-arvad başılovlu çıxaraq, uşağın onlardan çıxdığını deyib. Uşağın anası gecə növbəsi işlədiyi üçün körpəni üst qonşuya etibar edib. Kamera görüntülərində körpənin mənzildən çıxaraq pilləkənləri düşdüyü, blok qapısı açıq olduğundan rahatca küçəyə çıxdığı görülür. Qonşular yuxuda olduğundan saat 4-də küçəyə çıxan körpəni heç kim görməyib. Qışın soyuğunda, nazik gecə köynəyində küçələri dolaşan uşaq anası hadisə yerinə gəlmədən heç kimə təhvil verilmədi. Uşaq bu həngamədə heç nədən qorxmayaraq, gülürdü.