Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında hücum nəticəsində vəfat edən Orxan Əsgərov şəhid kimi təqdim edilib.Qeyd edək ki, xarici ölkələrdəki səfirliklər təmsil etdiyi ölkənin suveren ərazisi hesab edilir.