Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bir müddətdir işə çıxmır.
Teref.az 32gun.az-a istinadla xəbər verir ki, icra başçısının səhhətində problem yaranıb və paytaxtdakı xəstəxanaların birinə yerləşdirilib.
Sayt məsələ ilə bağlı özü ilə əlaqə saxlamağa çalışsa da telefona cavab verməyib.
Sonra redaksiyaya zəng edən şəxs icra başçısının köməkçisi olduğunu deyərək Süleyman Mikaylovun məzuniyyətdə olduğunu, nə vaxt qayıdacağı ilə bağlı məlumat verməyəcəyini qeyd edib.