Stalini öldürmək üçün Moskvaya ezam olunan casus ər-arvad necə ələ keçib? –
Almanlar dəqiqlikləri ilə seçilsələr də, 1942-ci ildə sovet rəhbərlərinin fiziki cəhətdən məhv edilməsi ilə bağlı hazırladıqları əməliyyatda yetərincə qeyri-dəqiqliyə yol veriblər. Almaniya Baş Kəşfiyyat İdarəsi İosif Stalinin, Vyaçeslav Molotovun, Lavrenti Beriyanın, Lazar Kaqanoviçin və bir sıra yüksəkçinli hərbçilərin məhv edilməsi ilə bağlı keçirəcəkləri əməliyyata iki il vaxt sərf ediblər. Əməliyyatın icrası isə könüllü olaraq almanlar tərəfə keçən Pyotr Şilova və onun həyat yoldaşı Lyudmila Şilovaya həvalə edilib.

Maraqlıdır, kifayət qədər peşəkarların xidmət etdiyi Almaniya Baş Kəşfiyyat İdarəsi bu əməliyyatın baş tutacağına necə inanıblar?
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673452261_2.jpg

1909-cu ildə Çerniqovda anadan olan Pyotr Şilov 1940-cı ilə qədər öz tərcümeyi-halında bir neçə dəfə dəyişiklik edib. Hətta sonralar həbs olunanda istintaq zamanı onun hansı şəhərlərdə yaşadığını, harada təhsil aldığını dəqiqləşdirmək çətinlik yaradıb. Şilov 30 il ərzində üç dəfə həbs olunub. Bu həbslərin heç birində siyasi motiv olmayıb. Onu işlədiyi qurumlarda dövlət əmlakını mənimsədiyinə həbs ediblər.

Sonuncu dəfə isə o, həbsxanadan qaçaraq İrkutskda gizlənib. Məskunlaşdığı qəsəbədə müəllim işləyən bir qadınla ailə həyatı qurub və onun soyadını götürüb. Bununla da o, məsuliyyətdən yayınıb. Şilov haqqında dəqiq bilinən fakt ondan ibarət olub ki, o, 1941-ci ildə hərbi xidmətə çağrılıb, leytenant rütbəsində Şimal cəbhəsinə göndərilib. Həmin ərəfədə o, cəbhədə ikinci dəfə Lyudmila Fyodrovna ilə (Şilova) ailə həyatı qurub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673452260_3.jpg
1942-ci ildə Şilov həyat yoldaşı ilə birgə könüllü olaraq almanlara təslim olub və alman kəşfiyyatının istənilən tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib. Çütlük bir ildən artıq müddətdə xüsusi hazırlıq keçib. Almaniyanın Baş Kəşfiyyat və Təhlükəsizlik xidmətləri sovet rəhbərlərinin, o cümlədən İosif Stalinin fiziki cəhətdən məhv edilməsi ilə bağlı xüsusi əməliyyat hazırlayıblar. Əməliyyatda Şilovlar Moskvada antisovet ruhda olan hərbçilərlə əlaqəyə girməli, onların vasitəsi ilə ya Kremldə keçirilən tədbirlərə giriş hüququ qazanmalı, ya da Stalinin və digər dövlət məmurlarının xidməti avtomobillərinin hərəkət marşrutunu öyrənməli, terror aktları keçirmələri nəzərdə tutulub.

Ancaq peşəkar alman kəşfiyyatçıları Stalinin mühafizəsinin nə qədər güclü olmasını, Kremlə düşməyin nə qədər müşküllüyünü nəzərə almayıblar.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673452259_4.jpg

Əməliyyatın keçirilməsi üçün Şilova bir sıra saxta sənədlər düzəldilib. Belə ki, onu Berlindən Moskvaya Baltik cəbhəsində xidmət edən “SMERŞ”-in mayoru kimi göndəriblər və müvafiq sənəd düzəldiblər. Bununla yanaşı, Şilovun kitelində Sovet İttifaqı Qəhrəmanı adını əks etdirən qızıl ulduz da olub. Həmin ulduz əsir düşən sovet hərbçisindən götürülüb, sənədi isə saxtalaşdırılıb.

Şilovlar 1942-ci ilin avqust ayında alman təyyarəsi ilə SSRİ ərazisinə keçiriləndə təyyarə eniş edə bilməyib. SSRİ-nin hava hücumundan müdafiə qüvvələrinin hədəfinə düşən təyyarə geri qayıtmağa məcbur olub. İkinci cəhddə, sentyabrın 5-də Şilovlar alman təyyarəsi ilə Smolensk ərazisinə düşüblər və dərhal xüsusi rabitə qurğuları ilə Almaniya kəşfiyyatına məlumat veriblər. Əvvəlcədən cütlük üçün düşdükləri ərazidə motosiklet də hazırlanıb.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673452257_5.jpg

Şilov bir neçə buraxılış məntəqəsini Tavrin soyadında qəhrəman-mayor kimi keçə bilsə də, növbəti məntəqədə ilişib. Yağışlı havada islanmış formalarını dəyişmək üçün Şilovlar keçid məntəqəsinin yaxınlığındakı kimsəsiz daxmada özləri ilə götürdükləri təzə formanı geyiniblər və cəmi bir-iki dəqiqədən sonra nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıblar. Şilov qürurlu bir tərzdə sinəsini qabağa verərək qızıl ulduzunu göstərib və “SMERŞ” vəsiqəsini təqdim edib. Məntəqənin növbətçi rəisi kapitan Koçetova yağışlı havada Şilovların paltarlarının quru olması şübhəli görünüb. Kapitan düşünüb ki, açıq motosikletdə gələnlərin geyimləri bu cür havada quru ola bilməz. Koçetov onları növbətçi otağına dəvət edib. Casusların sənədlərinə diqqətlə baxıblar və birbaşa Moskvaya məruzə ediblər. Xidmətdə olan əsgərlər isə Şilovları öz nəzarətləri altında saxlayıblar. Moskvadan bildirilib ki, nəinki Baltik cəbhəsində, heç ümumiyyətlə “SMERŞ”-də Tavrin soyadlı zabit xidmət etmir.

Beləliklə, Şilovlar ifşa olunaraq Moskvaya aparılıb. İlkin araşdırmalarda Şilovlar alman kəşfiyyatına işlədiklərini etiraf ediblər.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673452256_6.jpg

Şilovları bir neçə ay həbsxanaya salmayıblar. Amma omlar Baş Kəşfiyyat İdarəsində xüsusi nəzarət altında saxlanılıb. Onlara imkan yaradıblar ki, rabitə vasitələri ilə almanlarla əlaqələrini davam etdirsinlər. Şilov bu işə böyük həvəslə razılıq verib və belə düşünüb ki, bu onun cəzasını yüngülləşdirəcək. Bununla yanaşı, Şilov SSRİ kəşfiyyatına Almaniya kəşfiyyatı haqqında bütün bildiklərini də danışıb.

Amma bütün bunlar Şilovu və həyat yoldaşını xilas etməyib. Viktor Abakumov və Lavrenti Beriya Şilovlar haqqında Stalinə xüsusi arayış hazırlayıblar. Stalinin arayışa münasibəti özünəməxsus olub:

“Sıravi sovet əsgərinin qarşısında aciz qalan faşist Almaniyası yoldaş Stalini məhv etmək xülyasına düşübsə, bunu yalnız Hitlerin ağılsızlığı kimi qiymətləndirmək olar. Bu cür xəyanətkarların isə bir cəzası var – güllələnmək…”
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-01_1673452252_7.jpg

SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası əvvəlcə Şilov haqqında güllələnmə hökmü çıxarıb. Daha sonra Lyudmila Şilovanın məhkəməsi başlanıb. O, məhkəmədən prosesin çox uzanmamasını xahiş edib:

– Sizdən yeganə xahişim, son sözüm budur ki, mənə də həyat yoldaşıma verilən cəzanı verəsiniz. Mən Almaniyada olduğum vaxtlarda hər gün doğma vətənimi xatırlamışam və öz vətənimdə ölməyi arzulamışam. Nəhayət, həmin gün gəlib yetişib, arzularımın gerçəkləşdiyi gün. Bu ölümü mən özüm qazanmışam…”

Bununla da, Şilovların həyatına son qoyulub, onların hər ikisi güllələnib.

İlham Cəmiloğlu, Musavat.com
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti