Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Ziya Məəmədova müraciət ünvanlayılb. O müraciəti aşağıda oxuya bilərsiniz. Oxumamışdan əvvəl qeyd etmək istəyirik ki, Cavanşir bəy bir müddət öncə Ziya Məmmədov ailəsinə (oğlu Anar Məmmədova) məxsus olan İngiltərənin vergi orqanlarında qeydiyyatdan keçən bir sıra restroianların siyahısını dərc etmişdi. Lakin Ziya Məmmədov bu restoranların ona məxsus olmadığını qeyd edərək, kim bunu sübut etsə restoranları ona verəcəyini vəd etmişdi..... Buna cavab olaraq Cavanşir Həsənlui yazır: "Ziya müəllim, sözünüzün üstündə dursanız, məsələn Deeside, Bolton, Pemberton, Burnley, Mançester, Walton və Wigandakı bu restoranların biri mənim ola bilər. Britaniya hökuməti deyir ki, bunların ümumi dövriyyəsi 7.5 milyon funt-sterlinqlikdir və onlara sahib olan şirkətdə son söz sahibi Anar Ziya oğlu Məmmədovdur. Hələ o biri şirkətləri və restoranları demirəm. Söz sahibiləri, sözünüzə sahib çıxın." Teref.az