Ulduzlar hotellərə necə və niyə verilir? - ARAŞDIRMA + FOTO
Səyahətə çıxarkən bəzən hər birimizin qarşılaşacağımız xoşagəlməz vəziyyətlərdən biri də sifariş etdiyimiz hotelin durumunun əvvəlcədən təqdim olunan göstəricilərlə üst-üstə düşməməsidir. Hotel otaqlarının gigiyenik normalara uyğun olmaması, əşyaların nimdaşlığı, xidmət personalının qeyri-peşəkarlığı səfərimizin dadını qaçırır. Ulduzuna görə seçdiyimiz hotelin xidmətlərinin müştəri məmnuniyyətinə cavab verməsi turizmin əsas göstəricilərindən biridir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin də bu yaxınlarda keçirilən Azərbaycan Turizm Sammiti-2022-də səsləndirdiyi fikirlər ölkəmizdə hotel sənayesi ilə bağlı mövcud problemləri gündəmə gətirdi. Sədrin sözlərinə görə, Azərbaycanda iki ildir həyata keçirilən Milli ulduz təsnifatına indiyə qədər 150 hotel müraciət edib ki, onlardan 100-ə yaxınına baxılıb:

“44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib”. Azərbaycan Hotel Assosiasiyasının müşahidələri də onu deməyə əsas verir ki, az ulduzlu kateqoriyaya daxil olan hotellər göstərilən tələblərə cavab vermir: “Bununla bağlı müəyyən problemlər var. Qiymətləndirmədə çatışmayan cəhət hotellərin xidmət səviyyəsinin lazımi dərəcədə olmamasıdır”.

F.Nağıyev bildirdi ki, koronavirus pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, “Turizm haqqında” yeni qanun bu prosesi sürətləndirib:

“Yeni qanuna görə, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz kateqoriyası üçün müraciət etməlidir”.

Ulduz sistemi - ulduzların sayı hotel xidmətinin bir növ təsviridir. Nə qədər çox ulduz alınsa, otaqda qalmaq bir o qədər rahat, xidmət səviyyəsi bir o qədər yüksək olacaq. Təbii ki, hər bir qiymətləndirmənin öz meyarları var.

Xarici ölkələrin təcrübəsinə nəzər salsaq, bəzi dövlətlər fərqli simvollardan istifadə edirlər. Məsələn, ABŞ və Kanadada pansionatlar adətən brilyantlarla bəzədilir və Britaniya hotelləri tacların sayına görə rəqabət aparır. Yunanıstandakı qurumlar yekdilliklə əlifba abreviaturalarından istifadə edirlər. Hindistanda xidməti ballarla qiymətləndirə bilərsiniz. Bu baxımdan müxtəlif ölkələrdə rahatlıq və lüks anlayışları fərqlidir.

Bizim ölkəmizdə isə hotellərin xidmət meyarları ulduz təsnifatına görə müəyyənləşir. Milli ulduz təsnifatı Azərbaycan Turizm Bürosu ilə Azərbaycan Hotel Assosiasiyasının əməkdaşlığı nəticəsində həyata keçirilir.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam məsələ ilə bağlı sorğumuzu cavablandıraraq hotellərin ulduz təsnifatına layiq görülmə prosesinin ləngiməsində pandemiyanın rolunu qeyd etdi:

“Ulduz kateqoriyası üçün müraciət məcburi xarakter daşımırdı. Hotellər özləri müraciət edirdi və proses ləng gedirdi. Müraciət zamanı bizim istədiyimiz sənədləşmə uzun sürdü. Pandemiya, sənədləşmənin ləngiməsi və prosesin məcburi olmaması prosesi ləngitdi”.

Direktor bildirir ki, Azərbaycan Hotel Assosiasiyasının ulduz təsnifatı ilə bağlı 248 kriteriyası var. Bunlardan 4-ü əsasdır ki, bütün hotellərin xidməti bu kriteriyaya uyğun olmalıdır:

Təmizlik-gigiyena qaydaları, hər şeyin işlək vəziyyətdə olması, personalın peşəkarlığı, qeydiyyatda (front office) işləyən işçilərin ən azı iki dilə sahib olması və qonaq qəbulu üçün daha peşəkar sistemin olması vacibdir. Bəzi hotellərdə qonaq qəbulunu kompüterdə və ya kağızda qeyd edirlər”. G.Sağlam qeyd edir ki, qonaqpərvərliyi beş ballıq sistemlə qiymətləndirilən hotellər bu siyahıya daxil deyil: “Biz möhtəşəm hotelləri yoxlamırıq, onlar bu siyahıya daxil deyil. Pandemiyadan irəli gələn karantin vaxtı sahibkarlar hotellərə yatırım edə bilməyiblər. Bu da monitorinqlər vaxtı xüsusən regionlarda çoxlu problemləri ortaya çıxarıb. Ən böyük problemlər təmizlik və gigiyena qaydalarına riayət olunmaması, təmirin yoxluğu ilə əlaqədardır. Hotellər var ki, tam təmirsizdir. Mebelləri, çarpayıları pis vəziyyətdədir. Yoxlamalardan sonra hotellərin hamısına vaxt verildi ki, özlərini sahmana salsınlar və ondan sonra onların ulduzunu ölçək. Ulduz təsnifatına layiq görülməni hotellərin verdikləri xidmətə görə ölçürük. Yerində təmizlik yoxdursa, təqdim etdikləri əşyalar işlək vəziyyətdə deyilsə, qiymətləndirmədə də ləngimələr olur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, həm Bakıda, həm də regionda xidmət səviyyəsi aşağı olan hotellər fəaliyyət göstərir:

“Elə hotellər var ki, özlərini yüksək ulduza namizəd görüblər. Şəhərin yaxşı yerində yerləşir, xudmanidir, amma hotelə diqqət göstərməyəndə vəziyyəti pisləşir. Ulduz veriləndən sonra 3 il ərzində hotellər monitorinq olunur. Hotellərə ulduz verilməklə iş bitmir. Rəqəmsal platforma ilə hotellərlə əməkdaşlıq edirik. Qonaqların dəyərləndirməsi ölçülür. Hər həftə hotelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Hər ulduza görə indeks var. Qonaq rəylərini araşdırırıq. Bəzən qonaq lazımsız yerə rəy yazır. Amma “çirkdir, işlək deyil” yazılırsa, bu, nəzərə alınır və hotelə xəbərdarlıq edilib 3 ay vaxt verilir. Bu düzəlişlər olmasa, təzədən audit olunur. Hotel auditdən keçməsə, ulduzu əlindən alınır. Bu, uzun bir prosesdir”.

Milli ulduz təsnifatı zamanı həmçinin hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə ona verilən ulduz əlindən alınır:

“Hotel auditdən keçəndən sonra qərəzsizlik komissiyası tərəfindən rəylər verilir və protokol hazırlanır. Hotel həm beynəlxalq, həm yerli sertifikat alır. Bir mövsüm ərzində elə hotellər var ki, ulduzları aşağı düşür. Bu baxımdan hər bir sahibkar hoteli davamlı diqqətdə saxlamalı, şəraitinə, xidmətə düzgün fikir verməlidir”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti