"Akula Akif"in şəriki ilə bağlı QƏRAR
Ali Məhkəmədə “Mars-M” firmasının rəhbəri, Texniki Universitetinin prorektoru Bəşir Bəşirovun oğlu Mərhəmət Bəşirovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

DİA.AZ bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Mərhəmət Bəşirov bir zamanlar keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin şəriki idi.

Onun barəsində Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.3.2-ci (dələduzluq) və 195.2-ci (Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması) maddələri ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mərhəmət Bəşirov 11 il müddətinə azadlıqdan məhrum edilib. Mətbuatda yayılan məlumata görə, "Mars-M" firmasının sahibi olan Mərhəmət Bəşirov uzun illər bizneslə məşğul olub. Onun həbsinin kökü "MTN işi"nə bağlanır. Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra bu firma ətrafında da qalmaqallı proseslər başladı.

Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiası ilə məhkəmə çəkişmələri başladı. Akif Mustafayevin "Mars-M" firmasına qarşı iddiası təmin edilmişdi.

Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb, çatdırmaqdan ibarət olub.

Akif Mustafayevin sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirmiş.

Lakin proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edir və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. Onun “Mars-M” şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev “Mars-M” şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim edilən, onun “Mars-M” şirkətinin 25 faizlik payını almasına dair kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.

Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.

“Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından ümumilikdə 17 milyon dollar almaqla onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə ticarət mərkəzini “Xalqbank”a girov qoymaqla külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib.

Məhkəmə iddianı təmin edib. İş adamları da Mərhəmət Bəşirovdan şikayətçi olub.

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma

Dünyapress TV

Xəbər lenti