"Putinin Priqojin və Kadırov kimi aqressiv oyunçulara bel bağlamaqdan savayı başqa çıxış yolu yoxdur..."
"Bu adamlara qarşı təcili olaraq Stalin repressiyaları lazımdır..."
"Ölkədəki vəziyyət hərbi çevriliş olmadan hərbi diktaturaya bənzəyir..."
Rusiyada hökumət məmurları və biznesmenlər "Putinin aşpazı" Yevgeni Priqojinin müharibəyə kifayət qədər yardım etməyən imkanlı rusiyalılar arasında təcili kadr dəyişikıiyi keçirmək barədə çağırışından sonra öz təhlükəsizliyinə görə narahatlıq keçirir.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
"Bu adamların biznesmen kimi total şəkildə "məhvi" üçün bütün rıçaqlar və mexanizmlər işə salınmalıdır. Onlara münasibətdə təcili olaraq Stalin repressiyaları lazımdır. Varlı adamların, oliqarxların əhalinin döyüşən hissəsinə münasibətdə mövqelərində nəsə dəyişibmi? Bildiyimə görə, dəyişib. Onların heç vecinə də deyil. Onlar cəzasızlığını görüb qan tökənlərə tüpürməkdə davam edir", - bunu Priqojin noyabrın əvvəlində "Rossiya bu gün" telekanalına müsahibəsində deyib.
Bu bəyanatdan sonra Rusiya elitası hesab edir ki, tezliklə ölkədə kütləvi həbslər dalğası başlayacaq və hazırda yuxarı dairələrdə ən çox dominantlıq edən emosiya qorxudur, "Bloomberg" yazır.
Nəşr biznes nümayəndələri və məmurlarla söhbət edib, hamı istisnasız olaraq repressiyalar riski səbəbindən anonim söhbətə razı olub.
Onlardan biri ölkədəki vəziyyəti hərbi çevriliş olmadan hərbi diktaturaya bənzədib.
"Bloomberg" qeyd edir ki, Rusiyanın işgüzar və bürokratik elirası hesab edir ki, səfərbərliyin bitməsi barədə bəyanatlara rəğmən, iqtisadiyyatın və cəmiyyətin militarizasiyası yalnız sürətlənir.
Hökumətdə çoxları müharibəni dəstəkləmir, lakin bu barədə açıq danışmaqdan qorxur. Amma bu həyəcan Putin siyasətinə müqavimət üçün yetərli deyil, nəşrin həmsöhbətləri deyib.
Bu zaman bəziləri hesab edir ki, Putininn "Priqojin və Kadırov kimi aqressiv oyunçulara bel bağlamaqdan savayı başqa çıxış yolu yoxdur".
Onların hər birinin onlara sadiq şəxsi ordusu var, Kreml isə öz növbəsində özününküləri müdafiə etmək istəyində bulunmur.