Britaniyanın Osvestri şəhərindəki məşhur 2 "Michelin" ulduzlu restoranın aşpazı Mark Sebastyan Fişer dad və qoxu hissini itirib. Dadmadığı yeməkləri müştərilərə satmaq istəməyən Sebastyan dünyaca məşhur restoranını bağlamaq qərarına gəlib. Bakupost.az xarici mediaya istinadən bildirir ki, 33 ildir eyni restoranı idarə edən dünya şöhrətli aşpazın dad və qoxu hissini itirməsinə bu yaxınlarda keçirdiyi COVID-19 xəstəliyi səbəb olub. Müştərilərinə göndərdiyi mesajda o, restoranın daha sonra yenidən fəaliyyətini tam bərpa etmək ehtimalının olduğunu qeyd edib. Yeni ildən etibarən restoran yalnız səhər yeməyi təklif edəcək.