Teref.az olaraq xəbər veririk ki, saytımızda 20-07-2022 tarixdə "Unileverin Bakı offisi vətəndaşın şikayətini heçə sayır- ŞİKAYƏT" başlığı altında vətəndaş İlkin Məmmədkərimovun şikayətini dərc etmişdik. https://teref.az/manset/247745-unileverin-baki-offisi-vetendasin-sikayetini-hece-sayir-sikayet.html Vətəndaşın saytımıza təkrar müraciətini oxuculara təqdim edirik: "Salam yadınızdadırsa mən bir neçə ay öncə Unilever brendinin Azərbaycandakı özbaşınalığını sizin sayt vasitəsilə ictiməiləşdirib həmdə brenddən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həmdə Azad İstehlakçılar Birliyinə 24.08.2022-ci ildə şikayət etmişdim indiyədək mənə yalnız İqtisadiyyat Nazirliyindən icracı zəng edib Unilever-in ünvanını və əlaqə nömrəsini soruşub məndə Unilever-in Bakı ofisinin ünvanını və brendin işçisi Aydın Əhmədov adlı şəxsin E-mailini vermişdim və mənə bir müddət bundan əvvəl İqtisadiyyat Nazirliyindən icracı zəng edib bildirdi ki, şikayətinizlə əlaqədar Unilever-ə sorğu göndərmişik cavab versinlər sizə cavab verəcəyik və indiyədək cavab verilmir. Bir neçə gün bundan əvvəl şikayətimi sizin sayt ilə yanaşı sosial şəbəkələrdəki Müştəri qruplarında da paylaşmışdım. Paylaşımımın yorum hissəsinə brendin işçisi Aydın Əhmədovun bu qədər problemə aydınlıq gətirməsi üçün tag etdim adam nəyinki problemə aydınlıq gətirmək üstəlik öz rəzillikləri azmış kimi şikayətə ironiyalı cavab verir üstəlik bu məsələnin sonuna qədər gedəcəyimi problemim həll olunanadək şikayət etməkdə davam edəcəyini bildirdikdə tərbiyəsizcəsinə “Çox gözləyərsən əlinindən gələni ardına qoyma" deyərək cavab verir bu heç təccüblü deyil çünki bilirsiz Unilever əməkdaşlarına xas olan davranışdır. İstehlakçı hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə Unilever kimi şirkətlər nəyinki bu dərəcədə misli görünməmiş özbaşınalıq müştəriyə qarşı adi bir kobudluq belə edə bilməzlər. İqtisadiyyat Nazirliyi bu ölkədə heç nədən çəkinməyən qanunlara tüpürən bu brendə qarşı nə vaxt tədbir görüb İstehlakçı Hüquqlarımı qoruyacaq? Sağolun İlkin Məmmədkərimov" Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!