Bir neçə ay əvvəl Nyu Yorkda hücuma məruz qalan Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin bir gözü görmür və bir əlini işlədə bilmir.
Axar.az xəbər verir ki, bu barədə S.Rüşdinin ədəbi agenti Endryu Uayli deyib.
“Yaraları dərin idi, bir gözünün görmə qabiliyyəti itib. Boynunda üç ciddi yara var idi. Bir əli işləmir. Onun hələ döş qəfəsində və bədənində 15 yara var”, - deyə Uayli bildirib.
Qeyd edək ki, Rüşdinin “Şeytan ayələri” (1988) romanı İslama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu.