Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana proqramı çərçivəsində Qarabağda olan Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırımın avtomobili Cəbrayılda qəzaya uğrayıb.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Belə ki, Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində qəza baş verdiyi bildirilir.
Maşında olan Binəli Yıldırım və müavini Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanaya çatdırılıblar.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “tvitter” hesabından məlumat paylaşıb.
“Azərbaycana səfər edən cənab Binəli Yıldırım, mühafizəsi və millət vəkilimiz Şamil Ayrımla birlikdə avtomobil qəzasına uğrayıblar. Onunla danışdım. Hər üçünün səhhətinin yaxşı olduğunu, yüngül xəsarətlər aldıqlarını öyrəndim. Təkrar keçmiş olsun diləklərimi çatdırıram”,– nazir bildirib.