Müxtəlif elmi-tədqiqat institutlarında çalışan alimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.
DİA.AZ reyting.az-a istinadla xəbər verir ki, əksəriyyəti elmlər doktoru, professor olan Azərbaycan alimləri, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqovun 23.08.2022-ci ildə dövlət başçısına ünvanladığı müraciətinə dəstək nümayiş etdirir, ölkə rəhbərliyini elmimizin inkişafı üçün lazımi köməkliklərini əsirgəməməyə çağırırlar. (Professor Q. İsaqovun müraciətinin linki aşağıda əlavə olunub)
Surəti Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, elm və təhsil naziri Emin Əmrullayevə, Milli Məclisin deputatlarına, Elm və Təhsil Nazirliyinin və AMEA institutlarının direktorlarına, AMEA-nın həqiqi və müxbir üzvlərinə ünvanlanmış müraciətdə deyilir:
Cənab Prezident!
Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqovun bir müddət əvvəl Sizə etdiyi müraciət elm aləmində də geniş yayıldı və hər kəsin ürəyincə oldu. Müraciətdəki təkliflər hər kəsin qəlbində Azərbaycan elminin gələcəyinə böyük ümidlər yaratdı.
Biz, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş 84 alim məqalədə elmimiz haqqındakı çoxsaylı suallara alternativi olmayan yanaşmalara yüksək səviyyəli cavablar verildiyini nəzərə alaraq, Q. İsaqovun göstərdiyi bütün faktları və nəticələrini öz imzalarımızla təsdiqləyərək, onun məqaləsi əsasında hazırlanmış müraciətimizi və Q. İsaqovun məqaləsini (müraciətini) bir daha elm adamlarının adından Sizə göndərməyi qərara aldıq.
Qüdrət İsaqovun məqaləsində diqqətimizi cəlb edən əsas sualların bəzilərini müraciətimizdə əks etdirmək qərarına gəldik:
Elmimizin inkişafını və intibahını necə yaradaq?
Əziz Prezidentimiz! Siz görkəmli bir sərkərdə olaraq həm də elmin nailiyyətlərindən istifadə etməklə işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın etməklə böyük iş gördünüz.
Diqqətinizə çatdırırıq ki, elmimizi dünya elmi ilə inteqrasiya şəraitində inkişaf etdirmək olar. Dünya elmi ilə inteqrasiyanı yaratmaq üçün elmin bütün sahələri ilə ciddi məşğul olmalıyıq.
“Biz yalnız Azərbaycana lazım olan elm sahələri ilə məşğul olmalıyıq”,- kimi səhv və zərərli ideyalarla Azərbaycan elminin dünya elminə inteqrasiyasına ciddi maneələr törədə bilərik.
Yalnız Azərbaycana lazım olan elm sahələri ilə məşğul olsaq, dünya elmindən təcrid olunarıq.
Yalnız Azərbaycana lazım olan kənd təsərrüfatı, neft və qaz istehsalı və s. elm sahələri ilə məşğul olsaq, dünya elmindən təcrid olunmaqla, bu sahələrin inkişafında dünya elmində yüksək səviyyələrdə ola bilmərik. Ona görə də dünyanın məşğul olduğu bütün elmlərlə məşğul olmalıyıq!
Cənab Prezident! Sizin Ali Baş Komandanlığınız və Azərbaycan Ordusunun şücaəti sayəsində böyük zəfərlə bitən 44 günlük müharibə göstərdi ki, Siz dünya siyasətinin böyük alimi və dünyanın böyük liderlərindənsiniz! Ona görə də Azərbaycanda elmi mühit və alimə hörmət mühiti bərqərar olmalıdır!
Nəzərinizə çatdırırıq ki, bu gün Ümumi Daxili Məhsuldan (ÜDM) cəmi 0,2 faizi Azərbaycan elminə ayrılır.
Məlum aksiomalar:
1. Məlum bir aksioma var ki, elmin və ölkənin böyük inkişafı ÜDM-nin 2 faizdən çoxunun elmə ayrıldığı ölkələrdə olur.
2. Məlum bir aksioma da var ki, inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə alimlər digər vəzifə sahiblərindən daha çox əməkhaqqı alırlar.
Burada göstərdiyimiz bütün müddəalar və təkzibolunmaz faktlar professor Qüdrət İsaqovun yazdığı və tək müəllif olaraq “Reytinq Onlayn Qəzeti” (reyting.az) vasitəsilə 23.08.2022 tarixdə Sizə ünvanladığı “Professor Azərbaycan Prezidentinə müraciət edib: “Elmimizi xilas edin!” başlıqlı fundamental məqaləsində əks olunub.
Əziz Prezidentimiz! Prof. Q. İsaqov öz məqaləsində göstərib ki, “elmi alimlərlə birlikdə hökmdarlar yaradıblar”. Biz Sizdən xahiş edirik ki, elmimizin dünya səviyyəsinə yüksəlməsi üçün müasir Azərbaycan elminin yaradıcısı olasınız.
Q. İsaqov öz məqaləsində yazır ki, elmimiz Sovet imperiyasında həmin dövrün müasir cihazları ilə müntəzəm təmin olunurdu. Müstəqilliyimiz dövründə elmimizin cihazlarla təminatı sıfır səviyyəsindədir. Bu gün Azərbaycan elmə ÜDM-dən ən az pul ayıran ölkələr sırasındadır.
Sizdən xahiş edirik ki, müasir dövrdə elmimizin yaradıcısı olaraq, elm sahələrinin müasir cihazlarla təmin edilməsi, alimlərə yüksək əməkhaqqı verilməsi üçün ÜDM-dən elmə ayrılan vəsaiti 1-1,5 faizə yüksəldəsiniz.
Bu gün AMEA sistemində işləyən elmlər doktorlarının, professorların, fəlsəfə doktorlarının, dosentlərin və b. əməkhaqları Azərbaycan universitetlərində işləyən alimlərin əməkhaqqından 2,5-3 dəfə azdır.
Sizdən xahiş edirik ki, AMEA sistemində, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarında çalışan alimlərimizin əməkhaqlarının 3-4 min manata qədər yüksəldilməsi haqqında Fərman verəsiniz.
Sizdən xahiş edirik ki, ÜDM-dən elmə ayrılan vəsaitin bütün ölkələrdən yüksək olduğu Cənubi Koreya (ÜDM-in 4,81%-i) və İsrail (ÜDM-in 5%-i) möcüzəsinin Azərbaycanda təkrarlanması üçün Elm və Təhsil Nazirliyində və Milli Elmlər Akademiyasında elmə ayrılan vəsaitlərin bu ildən başlayaraq 1-1,5 faizə qədər, sonrakı illərdə isə daha yüksək faizlərə artırmaq üçün lazımi şəraitlərin yaradılması haqqında Fərman verəsiniz.
Q. İsaqovun gətirdiyi rəqəmlərə istinad edərək inamla deyə bilərik ki, elmə ÜDM-nin 1-1,5 faizi qədər vəsait ayrılsa, Azərbaycan tez bir zamanda özünün yerüstü və yeraltı sərvətlərinə görə həm İsraildən, həm də Cənubi Koreyadan daha yüksəkdə olduğuna görə, elmimizi İsrail və Cənubi Koreya kimi inkişaf etdirməklə yaxın gələcəkdə İsrailin, uzaq gələcəkdə isə Cənubi Koreyanın ÜDM-dən elmə ayırdığı vəsaitin faizləri qədər vəsait ayıra bilərik.
Möhtərəm Prezident!
Professor Q. İsaqovun müraciətini Sizin “Elm və Təhsil Nazirliyinin yaradılması haqqındakı” Fərmanınızın daha yüksək səviyyədə yerinə yetirilməsi və Azərbaycan elminin dünya səviyyəsinə yüksəlməsi uğrunda böyük iş olduğunu, məktubdakı problemlərin hamımızın və Azərbaycan elminin yeganə taleyüklü problemləri olduğunu öz imzalarımızla təsdiqləyərək, bütün alimlər adından Sizə göndəririk!
1. 44 günlük qələbələr dövründə bütün dünya gördü ki, Siz böyük sərkərdə və böyük dövlət başçısı olmaqla yanaşı, həm də siyasətin böyük alimisiniz. Ona görə də Azərbaycanda elmə və alimə hörmət mühiti bərqərar olmalıdır.
2. Sizdən xahiş edirik ki, Azərbaycan elminin xilaskarı və yaradıcısı olasınız!
3. Sizdən xahiş edirik, ÜDM-nin dünya təcrübəsinə uyğun olaraq ən azı 1-1,5 faizinin Azərbaycan elminin inkişafına yönəldilməsi üçün qərar verəsiniz!
Nəzərinizə çatdırırıq ki, vaxtilə bizimlə eyni ittifaqda olan, bu gün yeraltı və yerüstü sərvətləri bizimlə müqayisədə sıfıra yaxın olan Baltikyanı respublikalar ÜDM-dən elmin inkişafına 1 faizdən çox vəsait ayırır.
4. Sizdən xahiş edirik, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində alimlərin bütün vəzifə sahiblərindən daha çox əməkhaqqı aldıqlarını nəzərə alaraq, alimlərin əməkhaqlarının 3-4 dəfə yüksəldilməsi haqqında Fərman verəsiniz!
5. Sizdən xahiş edirik, elmi-tədqiqat institutlarının müasir cihazlarla, kimyəvi elementlərlə, reaktivlərlə və s. təmin olunması haqqında Sərəncam verəsiniz.
6. Sizdən xahiş edirik, alimlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Sərəncam verəsiniz!
7. Bu deyilənlərin həyata keçirilməsi gənclər üçün də stimul olacaq, elmimizə gənclərin daha çox cəlb edilməsinə - elmimizin gəncləşməsinə xidmət edəcək!
Biz 84 nəfər elmlər doktorları, professorlar və fəlsəfə doktorları Prof.Dr. Q. İsaqovun müraciətini dəstəkləyir və onun təkliflərinin reallaşmasına köməklik göstərməyinizi xahiş edirik.
Müraciətimizi Ulu Öndər Heydər Əliyevin ibrətamiz fikri ilə bitiririk: “Elmsiz və təhsilsiz millətin gələcəyi yoxdur!”
İnanırıq ki, Sizin qətiyyətiniz, yüksək intellektiniz və alimliyiniz sayəsində təhsilimiz də, elmimiz də, Azərbaycan da bütün neqativ hallardan xilas olacaq, layiqli yerinə yüksələcəkdir!
Dərin hörmət və ehtiramla:
1. İsaqov Qüdrət - Elmlər doktoru, professor (Fizika İnstitutu)
2. Eminova Vüsalə - Fəlsəfə doktoru, dosent (Fizika İnstitutu)
3. Ələkbərov Vilayət - Fəlsəfə doktoru, dosent (Fizika)
4. Əliyev Vaqif - Elmlər doktoru, dosent (Fizika)
5. Abdullayev Nadir - Elmlər doktoru, dosent (Fizika)
6. Məmmədova İradə - Fəlsəfə doktoru, dosent (Fizika)
7. Qasımoğlu İbrahim - Fəlsəfə doktoru, dosent (Fizika)
8. Mehdiyev Qurban - Fəlsəfə doktoru, dosent (Fizika)
9. Mursakulov Niyazi - Fəlsəfə doktoru, dosent (Fizika)
10. İsmayılov Cabir - Elmlər doktoru, professor (Fizika)
11. Nağıyev Şakir - Elmlər doktoru, dosent (Fizika)
12. Mehdiyev Bəhram - Fəlsəfə doktoru, dosent (Fizika)
13. Mehdiyev Baxşı - Fəlsəfə doktoru, dosent (Fizika)
14. Yüzbaşov Eltac - Fəlsəfə doktoru, dosent (Fizika)
15. Məmmədova Aynurə - Fəlsəfə doktoru, dosent (Fizika)
16. Orucov Teymur - Fəlsəfə doktoru, dosent (Fizika)
17. Abdullayev Nadir - Elmlər doktoru, dosent (Fizika)
18. Ələkbərov Rəhim - Elmlər doktoru, dosent (Fizika)
19. Rəhimov Rəşad - Elmlər doktoru, dosent (Fizika)
20. Ağayeva Rəna - Fəlsəfə doktoru, dosent (Fizika)
21. Məmmədov Zəfər - Fəlsəfə doktoru, dosent (Fizika)
22. Nəsibov İsmixan - Fəlsəfə doktoru, dosent (Fizika)
23. Eminov Şıxəmir - Elmlər doktoru, dosent (Fizika)
24. Rəcəbli Əlövsət - Fəlsəfə doktoru, dosent (Fizika)
25. İsmayılov Namiq - Fəlsəfə doktoru, dosent (Fizika)
26. Cahangirli Zakir - Elmlər doktoru, professor (Fizika)
27. Qurbanov Müslüm - Elmlər doktoru, professor (Radiasiya Problemləri İnstitutu)
28. Ağayev Teymur - Elmlər doktoru, professor (Radiasiya Problemləri)
29. Tağıyev Teymur - Fəlsəfə doktoru, dosent (Radiasiya Problemləri)
30. Quliyev Müsafir - Fəlsəfə doktoru, dosent (Radiasiya Problemləri)
31. Əliyev Nəbi - Fəlsəfə doktoru, dosent (Radiasiya Problemləri)
32. Nəcəfov Bəxtiyar - Elmlər doktoru, dosent (Radiasiya Problemləri)
33. Bəxtiyarlı İxtiyar - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
34. Məmmədov Asif - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
35. Heydərov Arif - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
36. Səmədzadə Qasım - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
37. Ağayeva Zenfira - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
38. Lətifov İltifat - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
39. Əliyev Akif - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
40. Cəlaləddinov Fədail - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
41. Tahirli Hilal - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
42. Abbasov Mirheydər - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
43. Etibar İsmayılov - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
44. Cəfərova Sevil - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
45. Yariyev Vaqif - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
46. Səfərov Aqil - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
47. Qasımov Vaqif - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
48. Manafov Manaf - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
49. Əhmədov Vaqif - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
50. Kəlbəliyev Qüdrət - AMEA-nın müxbir üzvü (Kataliz və qeyri-üzvi kimya)
51. Mahmudov Fəxrəddin - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
52. Əliyev Özbək Misirxan - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
53. Maqsudova Tamilla - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
54. Əjdərova Dilbər - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
55. Zeynalov Nizami - Elmlər doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
56. Əsədov Mirsəlim - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
57. Solmaz Əsədova - Elmlər doktoru, professor (Fizika)
58. Elmira İsayeva - Fəlsəfə doktoru, dosent (Fizika)
59. Kazımov Mahmud - Elmlər doktoru, dosent (Fizika)
60. Bəndəliyev Rövşən - Elmlər doktoru, dosent (Riyaziyyat)
61. Quliyev Əbdürrəhim - Fəlsəfə doktoru, dosent (Riyaziyyat)
62. Məhərov İbrahim - Fəlsəfə doktoru, professor (Riyaziyyat)
63. Abbasov Eldar - Fəlsəfə doktoru, dosent (Riyaziyyat)
64. Abbasov Elxan - Elmlər doktoru, dosent (Riyaziyyat)
65. Müseyibli Pərviz - Fəlsəfə doktoru, dosent (Riyaziyyat)
66. Rzayeva Sevda - Fəlsəfə doktoru, dosent (Fizika)
67. İbrahimov Tahir - Elmlər doktoru, lab.rəh. (Fizika)
68. Asvarov Abdul - Fəlsəfə doktoru, dosent (Fizika)
69. Hüseynova Sevinc - Fəlsəfə doktoru, dosent (Fizika)
70. Məmmədov Şiraz - Elmlər doktoru, professor (Radiasiya Problemləri)
71. Salamov Oktay - Fəlsəfə doktoru, dosent (Radiasiya Problemləri)
72. Mədətov Rəhim - Elmlər doktoru, professor (Radiasiya Problemləri)
73. İzmayılov Azad - Elmlər doktoru, dosent (Fizika)
74. Nuriyev Kamal - Fəlsəfə doktoru, dosent (Fizika)
75. Hacıyev Elman - Elmlər doktoru, dosent (Fizika)
76. Mehrabova Mətanət - Elmlər doktoru, dosent (Radiasiya Problemləri)
77. Mustafayeva Roza - Fəlsəfə doktoru, dosent (Radiasiya Problemləri)
78. Mahmudova Təranə - Fəlsəfə doktoru, dosent (Radiasiya Problemləri)
79. Məmmədov İlqar - Elmlər doktoru, dosent (İdarəetmə Sistemləri)
80. Qəhrəmanov Samir - Fəlsəfə doktoru, dosent (Fizika)
81. Əliyev İmir - Elmlər doktoru, professor (Kataliz və qeyri-üzvi kimya)
82. Hacıyev Qurban - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
83. Quliyeva E.A. - Fəlsəfə doktoru, dosent (Kataliz və qeyri-üzvi kimya)
84. Tağıyev Mayıl - Elmlər doktoru, professor (Fizika).