Son 10 ildə ilk dəfə su ehtiyatlarımız artırılıb - Müşavir açıqladı
“Son 15 gün ərzində dağlıq ərazilərdə belə sürətli qarın yağması su ehtiyatımızı artırıb”.

Bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mingəçevir , Şəmkir və Araz su anbarlarında 75 faizdən çox su ehtiyatı artırılıb.

“Son 10 ildə ilk dəfə su ehtiyatlarımızın artırılmasına nail olduq. Tam əminliklə deyə bilərəm ki, yay mövsümündə istər aran rayonlarında, istərsə də paytaxtda su ehtiyatımız əhalini təmin etməyə imkan verəcək.

Lakin bu o demək deyil ki, qar və yağış yağanda sudan qeyri-səmərəli istifadə edirik. Mərkəzi şəhərlərimizdə yol infrastrukturunda və digər ərazilərdə yağış sularının axıdılması, təkrar mexaniki təmizləmə və digər sahələrə qaytarılması istiqamətində işlər icra olunur. Bakı şəhərinin bəzi küçələrində artıq yağış kollektorlarının qoyulması və genişlənməsi davam edəcək.Bakı ətrafında təbii göllərin təmizlənməsi və ekoloji zonaya çevrilməsi, yağış sularının həmin mənbələrə ötürülməsi istiqamətində müəyyən layihələr icra olunur. Yaxın illərdə bu layihələr yaxşı müstəvidə həllini tapıb ictimaiyyətə təqdim olunacaq”.
 

Bölmənin digər xəbərləri

26 Fevral 2025 Göyçayda çirkab suları heyvandarlıqda və suvarmada istifadə olunur - VİDEO
26 Fevral 2025 İş adamı Qurban Piriyev yarım milyon itirdi: - Məsələdə adı hallanan qadın özünü öldürdü
26 Fevral 2025 Bu avtobuslardan istifadə edənlərin nəzərinə
26 Fevral 2025 Azərbaycanda bu universitet ləğv edildi
26 Fevral 2025 Bəylər Əyyubova müavin təyin edildi
25 Fevral 2025 Sumqayıtda TƏHLÜKƏLİ ANLAR yaşandı - ANBAAN VİDEO
25 Fevral 2025 Baş nazir Əli Əsədov yeni qərar imzalayıb
25 Fevral 2025 “Bakının ictimai nəqliyyatı bütün parametrlər üzrə qarlı hava şəraiti sınağından üzü qara çıxdı” - AÇIQLAMA
24 Fevral 2025 17 uşaqlı ailədə faciə — Biri öldü, digəri yaralıdır
24 Fevral 2025 Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
24 Fevral 2025 Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
23 Fevral 2025 Gəlini ilə yaxınlıq edən qayınata oğlunu ardan götürdü - Dəhşətli hadisənin təfərrüatları
23 Fevral 2025 Azərbaycanda general faciəvi şəkildə öldü – FOTO
23 Fevral 2025 Bakıda DƏHŞƏT: bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı
22 Fevral 2025 FETÖ-nün dönər şəbəkəsinə genişmiqyaslı əməliyyat: 353 nəfər saxlanıldı, Bakı filialları da gündəmdə!
22 Fevral 2025 Soyuq hava şəraitində su sayğaclarınızı yoxlayın - XƏBƏRDARLIQ
22 Fevral 2025 Qubada zəlzələ oldu
22 Fevral 2025 Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
21 Fevral 2025 Qarlı hava şəraiti ilə bağlı məktəblərə və valideynlərə ÇAĞIRIŞ - RƏSMİ
21 Fevral 2025 Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."

Dünyapress TV

Xəbər lenti