"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" -
53 vətəndaşa qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə proses keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bəzi şəxslərin əlavə şahid qismində dindirilməsi istənilib. Bildirib ki, bir qrup şəxsin adından pullar başqa hesaba köçürülüb.

Təqsirləndirilən şəxsin vəkili Mirdamət Qədirli qeyd edib ki, həmin şəxslərin dindirilməsi istəyir.

Dövlət ittihamçısı Fariz Rzayev bildirib ki, müraciətdə qeyd olunan şəxslərin faktiki araşdırılan cinayət işinə heç bir adiyyatı yoxdur. Dövlət ittihamçısı həmin şəxslərlə bağlı işin araşdırılması üçün istintaq orqanına göndərilməsini istəyib.

Yerində müşavirə keçirən hakimlər qərar qəbul edib. Vəkilin vəsatəti təmin olunub və mudafiəçinin qeyd etdiyi şahidlərin dindirilməsi barədə qərar qəbul edilib.

Hakim deyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Babazadə tərəfindən müxtəlif şəxslərin adlarına böyük məbləğlərdə pul köçürüb. Hakim əlavə edib ki, Leyla Babazadə 32 simkartdan istifadə edir, milyonlarla vəsait dövriyyə olunur, həmin pullardan sonda gedir Çin Respublikasının Honkonq şəhərinə gedir.

Hakim bildirib ki, Leyla Babazadə hər iclasda iştirak etməlidir, çünki onunla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxs isə bildirib ki, bu işdə Leyla Babazadənin heç günahı yoxdur: "Bu işdə mənim günahım var. Mən də cəzamı çəkirəm".

Amma hakim deyib ki, Leyla Babazadənin adı konkret işlərdə keçir. Onun sözlərinə görə, hərə öz işinə cavabdeh olmalıdır.

Cinayət işində olan sənədlər görə, polis əməkdaşları tərəfindən bank kartı götürülüb, həmin kartda 50 min pul olub. Hakim bununla bağlı soruşub. Təqsirləndirilən şəxs bu məsələni yadına sala bilməyib.

Hakim deyib ki, Leyla Babazadə də, Orxan Babazadə də, Mariya və digər şəxslə yazışmaları olub. Hakim bu yazışmaların nədən ibarət olduğunu təqsirləndirilən şəxsdən soruşub.

Təqsirləndirilən şəxs bildirib ki, müştərilərlə bağlı çətinliklər olduğu halda həmin şəxslərlə yazışmaları olub.

Hakim bildirib ki, təqsirləndirilən şəxs hesablardan çox sayda pullar çıxarılıb: "Mən bunları bir-bir açıqlayacam. Yazırsan ki, 50 min manata mebel almısan? Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm. Sən hardan əldə edibsən bu qədər pulu?".
Təqsirləndirilən şəxs deyib ki, 45-50 min manata mebeli ofis üçün alıb.

Növbəti proses dekabrın 25-də davam edəcək.

İstintaq sənədlərdən məlum olub ki, zərərçəkmişlər "İnstapower"ə müəyyən pullar yatırsalar da heç bir məbləğ geri qayıtmayıb.

Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır. Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşırılıb.
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
 
 
 

Bölmənin digər xəbərləri

21 Dekabr 2024 “Bakı Metropoliteni”nin sədri vəzifəsindən azad edilib –Yeni şəxs təyin edildi /SƏRƏNCAM
20 Dekabr 2024 Dövlət Məşğulluq Agentliyi “otval” aldı
20 Dekabr 2024 Qafar Dəmirçi azadlığa buraxıldı - 8 milyonluq ziyanı ödəyib
19 Dekabr 2024 Rusiyada sərnişin və yük qatarları toqquşdu – Video
19 Dekabr 2024 Xəzər dənizində zəlzələ qeydə alınıb.
19 Dekabr 2024 Bakıda tələbə qəflətən vəfat edib –FOTO
19 Dekabr 2024 Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
18 Dekabr 2024 Təhsil eksperti şagirdə stul atan müəllimi MÜDAFİƏ ETDİ... - "...Uşaqda heçmi günah yoxdur?!"
18 Dekabr 2024 Bakıda intihar hadisəsi olub.
18 Dekabr 2024 Qazimizin iş yerini dağıdanlar GERİ ÇƏKİLƏSİ OLDU - dəyən zərəri ÖDƏYƏCƏKLƏR...
18 Dekabr 2024 Baş həkimin 1,6 milyonluq cinayət işi - "Deyirdi, müayinəyə ehtiyac yoxdur..."
17 Dekabr 2024 Dəhlizlər Azərbaycanın dünyadakı əhəmiyyətini artırır
17 Dekabr 2024 GENERAL ZEYNALOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir əmr imzalayıb
17 Dekabr 2024 Azərbaycanda bu avtomobillərin istifadəsi qadağan olunacaq
17 Dekabr 2024 “Oliqarx Baku”da məmur qohumunun davası…… - ƏSLİNDƏ...
16 Dekabr 2024 “Avrasiya Hospital”da lift qırıldı – Xəsarət alan var
16 Dekabr 2024 Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıb
16 Dekabr 2024 Andranik Miqranyan Ermənistana buraxılmadı - Rusiya erməniləri ittifaqı
15 Dekabr 2024 Beynəlxalq reytinqlərdə bizim universitetlər niyə görünmürlər?
15 Dekabr 2024 Günəş atom bombaları kimi Yeri fəlakətə uğrada bilər - ŞOK ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti