"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: -
"Uber”, “Bolt” şəbəkəsindən taksi sifariş verən sərnişinlər sistemdə göstərilən avtomobilin əvəzinə ünvana başqa avtomobillərin gəlməsindən şikayətlənirlər. Ehtimal edilir ki, bu cür şirkətlər ili yeni avtomobili qeydiyyatdan keçirdikləri halda daşınma üçün köhnə avtomobillərdən istifadə edirlər. Bəs belə halla üzləşən sərnişinlər hara müraciət etməlidirlər? Qanunvericilikdə bu cür sürücüləri hansı cəza gözləyir?

Bu barədə Pravda.az-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Samuran Səmədbəyli deyib ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı nə qədər mübarizə aparılsa da, təəssüf ki, hələ də bir çox qayda pozuntularına rast gəlinir.

Ekspert vurğulayıb ki, sürücülərin bəziləri qeydiyyatdan icazəsi olan avtomobillə keçsələr də, daşıma zamanı icazəsi olmayan digər nəqliyyat vasitələri ilə fəaliyyət göstərirlər: “Bu cür hallar qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaq kimi qiymətləndirilir. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşımalarına görə sürücülər 50 manat məbləğində cərimə oluna bilərlər. Bundan əlavə, taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili barədə sənədləri olmayan, eyni zamanda sürücülərin buraxılış kartı və taksi minik avtomobili barədə xüsusi hazırlıq keçmələrini təsdiq edən sənədləri yoxdursa, sifariş xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), buraxılış kartı olmadan taksi minik avotmobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də Dövlət Yol Polisi tərəfindən cərimələr tətbiq edilə bilər. Bu kimi halları aradan qaldırmaq məqsədilə yeni taksilərdə fasiləsiz olaraq hərəkətə nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkəti, o cümlədən qət edilmiş məsafə, sürücünün iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınsın. Sərnişinlər isə öz növbələrində taksi fəaliyyəti ilə bağlı hər hansı qanunauyğunsuzluq müşahidə edərlərsə, birbaşa daşıyıcı şirkətə məlumat verməlidirlər. Şikayət olunmalıdır və həmin şirkət belə sürücülər barəsində lazımi tədbirlər görməlidir”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti