Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu gün tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bu iş üzrə dövlətə dəymiş ziyandan nə qədər ödənildiyi elan edilib.

DTX-nin məktubunda qeyd edilib ki, Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidən bütün təqsirləndirilən şəxslər tərəfindən cəmi 38 milyon 664 min manat ödənilib.

Bunun 12 milyon 203 min manatını Nizami Məmmədov, 110 min manatı Cəlal Kazımov, 101 min manatı isə Vüsal Əlizadə tərəfindən ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.

Buraya həm ibtidai, həm də məhkəmə istintaqı vaxtı qaytarılan pullar daxilir. Məsələn, general Məmmədov 12 milyon 203 mini ibtidai istintaq vaxtı qaytarmışdı.

Amma generalın vəkili deyir ki, müvəkkilinin rəisi işlədiyi Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov onun adından 210 min manat ödəniş edib. Amma həmin məbləğ qeydə alınmayıb.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər vəkilin etirazına münasibət bildirməyib.

Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Amma o, çıxış etmək üçün vaxt istəyib.

Dövlət ittihamçının israrından sonra çıxışlar mərhələsi 1 həftəlik təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin sabiq rəisləri - polkovniklər - Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
 
 
 

Bölmənin digər xəbərləri

16 Noyabr 2024 “Mətanət-A” şirkəti hakim qarşısında
15 Noyabr 2024 İspanlar avtomobilləri dirəklərə bağlayırlar: narıncı xəbərdarlıq edilib
15 Noyabr 2024 ABŞ-ın müdafiə naziri namizədindən qəribə açıqlama: “10 ildir əllərimi yumuram” – VİDEO
15 Noyabr 2024 SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
14 Noyabr 2024 Alimlər mat qaldı: Bəzi heyvanlar hər gün spirt içir
13 Noyabr 2024 Emin Ağalarov: "Yeddi kilometr uzunluğunda bulvar yaradılacaq"
13 Noyabr 2024 Bakıda 1100 bina sökülərsə: Nə dəyişəcək? - AKTUAL
12 Noyabr 2024 Bakı-Sumqayıt qatarı yenə yubandı — Sərnişinlərdən NARAZILIQ
12 Noyabr 2024 Bakıda bu ərazilərdə parkinq olmayacaq
11 Noyabr 2024 Xəzər dənizində görünən nəhəng heyvanın GÖRÜNTÜSÜ - VİDEO
11 Noyabr 2024 Bu gündən bu yollar bağlanır: Bəzi yerlərdə postlar qurulur - VİDEO
11 Noyabr 2024 Növbəti 3 gündə hansı “ASAN Xidmət“lər işləyəcək? - Agentlikdən açıqlama
10 Noyabr 2024 İspaniyada evindən 20 milyon dollar tapılan polis rəisi və arvadı saxlanıldı (VİDEO)
10 Noyabr 2024 "OBA" Zəfər Günündə şəhid əməkdaşlarının ailələrini ziyarət etdi (FOTO)
09 Noyabr 2024 Bağça müdiri məktəb direktorunu təhqir etdi, cəzalandırıldı
09 Noyabr 2024 Tarixi hadisə: İmperator pinqvini Antarktidadan Avstraliyaya təkbaşına gedib - 3400 km
09 Noyabr 2024 Rusiyanın Gümrüdəki baş konsulu vəfat etdi
09 Noyabr 2024 Şəkidə məktəb direktoru hündürlükdən yıxıldı
08 Noyabr 2024 Meqa Holdinq yaradıldı
08 Noyabr 2024 Yarım milyard manatlıq kibercinayətkarlıqda ittiham olunan dəstə üzvlərindən biri ilə bağlı tibbi ekspertiza təyin olunub

Dünyapress TV

Xəbər lenti