Yevlaxda dəmir yoluna çıxan kişini qatar vurub
Həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib

Bu gün saat 20:28-də Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.

Bu barədə AYNA-ya Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.

Məlumatda deyilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib".

"ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilir.
 

Bölmənin digər xəbərləri

17 Sentyabr 2024 Oktyabrda quru sərhədlər açılacaq? – Nazirlər Kabinetindən AÇIQLAMA
17 Sentyabr 2024 Əlil hərbçi dələduzluqla üzləşib – Prezidentdən kömək istəyir
17 Sentyabr 2024 Türkiyədə Narin və Sıladan sonra iki yaşlı körpə çöldə ölü tapıldı
16 Sentyabr 2024  “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
16 Sentyabr 2024 Qubada iki aydan çoxdur dağılan körpü hələ də bərpa edilməyib
16 Sentyabr 2024 Bu gündən Azərbaycanda yeni dərs ili başlayır
16 Sentyabr 2024 Türkiyədə fabrikdə partlayış - 21 yaralı+ YENİLƏNİB
15 Sentyabr 2024 Sürücülərə PİS XƏBƏR: Bu maşınlar ölüm riski daşıyır
15 Sentyabr 2024 Ağdərədə FHN-in maşını aşdı – Nazirliyin əməkdaşı həlak oldu
14 Sentyabr 2024 Aeroportda ödənişsiz “WiFi” ləğv olunub?- Sərnişinlər şikayət edirlər
14 Sentyabr 2024 "Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə bilərlər" - REAKSİYA
13 Sentyabr 2024 Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
13 Sentyabr 2024 İnternetin yenidən 18 manat olacağı ilə bağlı RƏSMİ AÇIQLAMA: Paketi bahalaşdıran şirkətlər...
13 Sentyabr 2024 Plana düşən evlər nə vaxt söküləcək ? - AÇIQLAMA
12 Sentyabr 2024  Belə olan halda sadə vətəndaş ÖLMƏLİDİR? - AXI NİYƏ?
12 Sentyabr 2024 Bakı bulvarına giriş-çıxışa qadağa qoyuldu
12 Sentyabr 2024 Qan donduran hadisə: Həkimin kəlləsini…
11 Sentyabr 2024 Zəngilandan olan məmura qarşı İTTİHAM VAR - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
11 Sentyabr 2024 Başına silah dayanan və 30 milyon pul tələb olunan zərərçəkmişin qızı danışdı - VİDEO
11 Sentyabr 2024 Əməliyyat olunan NEFTÇİNİN həkimə HAQLI İRADI,HƏKİMİN onu ƏMƏLİYYAT etməsindən İMTİNAYA SƏBƏB OLDU.

Dünyapress TV

Xəbər lenti