Bakı-Sumqayıt ekspress avtobusları: sərnişinlər narazı, qurumlar isə razıdır
Bir neçə gündür Sumqayıt və Bakı arasında ekspress avtobuslar fəaliyyətə başlayıb. Bu avtobusların Sumqayıt avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət etməsi müəyyənləşib. Amma avtobusların paytaxtdakı son dayanacağının avtovağzal ərazisinin olması sərnişinlər tərəfindən narazılıqla qarşılanıb. Bir çox sərnişin avtobusların 20 Yanvar ərazisinə getməməsinə görə narazılıqlarını ifadə edirlər. Onlar əlavə vaxt və pul itkisinə məruz qalmamaq üçün manatlıq taksilərə üstünlük verdiklərini söyləyirlər. Arqument kimi isə Sumqayıtdan metronun Avtovağzal stansiyasına 80 qəpiyə gəlməkdənsə, elə bir manata 20 Yanvara gəlməyin daha əlverişli olduğu göstərilir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt ekspress avtobuslarının açılması bir sıra üstünlüyə malikdir.

Onun sözlərinə görə, həmin marşrutlar avtobus xətti ilə hərəkət edir və tıxacda qalmır. Halbuki pik saatlarda sərnişinlər 1-1.5 saat Bakı-Sumqayıt yolunda tıxacda qalmağa məcburdurlar:

"Doğrudur, 20 Yanvar metrosundan 1 manatlıq taksilər Sumqayıta sərnişin aparırlar. Sərnişinlər hesab edirlər ki, 1 manatlıq taksidən istifadə etmək daha səmərəli və vaxta qənaətdir. Lakin bu taksilər də tıxacda qalır və nəticədə vaxt itkisi yaşanır. Çünki fərdi nəqliyyat vasitələri avtobus zolaqlarından istifadə edə bilmir. Halbuki Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən yeni ekspress marşrut xətti avtobus zolağında rahat hərəkət edə bilir".

Ekspert deyir ki, sözügedən ekspress avtobusların 20 Yanvar ətrafından hərəkət etməsi əlavə sıxlığa səbəb olacaq.

Bu gün ölkəmizin fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata keçid dövrünü yaşadığını bildirən Y.Mustafayev söyləyib ki, bu keçid baş verməsə, Bakıda tıxac probleminə görə hərəkət etmək mümkün olmayacaq: "Eyni zamanda Bakıətrafı kənd və qəsəbələrə, o cümlədən Sumqayıta gediş-gəliş çətinləşəcək. Yaxın zamanlarda ictimai nəqliyyatla bağlı aparılan islahatlar daha da təkmilləşdiriləcək. İslahatlar davam etdikcə və infrastruktur yaradıldıqca 20 Yanvara və şəhərin mərkəzinə doğru daha qısa vaxtda hərəkətə imkan yaradan addımlar da atılacaq".

Mövzu ilə bağlı “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ "BakuBus"ın səlahiyyətində deyil: "Belə ki, "BakuBus" daşıyıcı şirkətdir və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müəyyən edilmiş marşrut pasportu əsasında fəaliyyət göstərir. Marşrut pasportunda dayanacaqların yeri, sayı, avtobusların sayı, interval və s. öz əksini tapır".

AYNA-nın mətbuat katibi Tural Orucov isə İqtisadiyyat.az-a açıqlamasında ekspress avtobuslarının son dayanacağının Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki Nəqliyyat Mübadilə Mərkəzinin olduğunu xatırladıb.

O söyləyib ki, buradan da paytaxtın istənilən ərazisinə avtobuslar hərəkət edir.

Qurum rəsmisinin sözlərinə görə, Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni ekspress marşrut xətti təşkil edilib. T.Orucov bildirib ki, 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir:

"İlkin təhlillər onu göstərir ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib. Digər nəqliyyat vasitələri isə eyni məsafəni təxminən 1 saat ərzində qət edir. Rahat, sürətli və təhlükəsiz sərnişindaşıma xidməti göstərən avtobuslar “Avtovağzal” metrostansiyası dayanacağında saxlayaraq sərnişinlərin metroya əlçatanlığını təmin edir. “20 Yanvar” metro stansiyasından fərqli olaraq “Avtovağzal” metro stansiyasında nəqliyyat sıxlığı müşahidə olunmur və vətəndaşların metroya daha tez çatdırılması təmin edilir".

Qeyd edək ki, Sumqayıt və Bakı arasında fəaliyyət göstərən ekspress avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydadır. “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Dünyapress TV

Xəbər lenti