Bircə onu bilirik ki, ərazi zibilxanaya dönür, kimin nə tullantısı var, gətirib bura atır-VİDEO
Binəqədi rayonu, "DSK yolu" adlanan ərazidə, "Karmen" un zavodunun yaxınlığında mənşəyi bilinməyən qazıntı işləri aparılır. Həmin qazıntı işləri ərazidən keçən iri su borularının arasında aparıldığından, sakinlər yol kimi boruların üzərindən istifadə edirlər. Su borularının arası indi böyük bir bataqlığı, zibilliyi xatırladır. Ancaq heç kəs burada nə iş görüldüyünü, hansı istiqamətdə tikinti aparıldığını bilmir. Burada iri qum təpəlikləri gözə dəyir. Yerli sakinlərə verilən son məlumata görə, burada istirahət parkı, yaşıllıq salınacaq. Ancaq bu vəd 2004-cü ildəndir səsləndirilir. Ortada isə nə park var, nə də yaşıllıq."Nə tikirlər, nə iş görürlər heç birimiz bilmirik, bircə onu bilirik ki, ərazi zibilxanaya dönür, kimin nə tullantısı var, gətirib bura atır. Adını park qoyub, bina, iri ticarət mərkəzi tikirlər. Bizə məlumat verən var ki..." - deyə, yaxınlıqda yaşayan sakin bildirib.
Sakinlərdən biri qeyd edib ki, icra başçısı burada istirahət parkının salınacağını bildirmişdi, ancaq ortada heç nə yoxdur: "Yarımçıq qazıntılar ərazini pis günə qoyub və tullantıları gətirib bu yol kənarına atırlar. Küləkli havalarda yerdən qalxan toz buludu, tullantı parçaları həm avtomobillərin gedişinə əngəl olur, həm də ərazidə yaşayanların sağlamlığına zərər verir" - sakin bildirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703485600_1.jpg
Görüntülərlə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki, ərazidə heç bir təmir-tikinti işi görülmür: "Ərazidə heç bir tikinti işi getmir. Görüntülərdəki qum təpəlikləri isə əraziyə kənardan gətirilib ki, həmin yerlərdəki yamalar düzləşdirilsin, boşluqlar doldurularaq, səliqəyə salınsın. Ərazinin tullantılarla çirkləndirilməsi məsələsinə gəldikdə isə bildiririk ki, burada tullantıların atılması üçün xüsusi konteynerlər yerləşdirilib, sadəcə bəzi vətəndaşlar tullantılarını həmin konteynerlərə yox, yol kenarlarına, boş əraziyə atdıqlarından, belə bir görüntü yaranıb. Zibil konteynerləri vaxtında təmizlənir. Yaxşı olar ki, sakinlər tullantıları kənar ərazilərə yox, bunun üçün təyin olunmuş konteynerlərə atsınlar. Bir daha qeyd etmək istəyirik ki, ərazidə heç bir tikinti işi getmir, sadəcə olaraq, ərazidə yamaların doldurulması və abadlaşdırılması üçün iş aparılır" - deyə, qurumdan bildirilib.

Həmçinin, İcra Hakimiyyətindən onu da bildiriblər ki, abadlıq işlərinin nə zaman yekunlaşacağı məlum deyil. İşlərin uzanması, yaxud yarımçıq qalması isə ərazinin daha da çirklənməsinə, tullantıların daha da çoxalmasına və ən önəmlisi, bölgədə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır.//Bizimyol.info
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti