Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə təmizlikçi "vəzifə"sinə təyin olunub.
Bu barədə Milli Məclisin deputatı Etibar Əliyev məlumat verib.
“Bəs Vətən müharibəsi iştirakçısını bu vəzifəyə təyin edən Sənan Mənsimlinin ixtisası nədir? Sənan Məsimli Azərbaycan Texniki Universitetini bitirib və Salyan-Şirvan Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə təyinatdan əvvəl Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi vəzifəsində işləyib. Günümüzün reallığı budur...” – deputat qeyd edib.\\Pravda.az