Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yas mərasimi zamanı 1 nəfərin ölümü, 33 nəfərin müxtəlif bədən xəsarətləri alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az xəbər verir ki, yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.
Ölümlə nəticələnən hadisə ilə bağlı prokurorluqda araşdırmalar başlayıb.