Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Əlibala çay evində baş verib.
Belə ki, 1986-ci il təvəllüdlü Abbasov İsmail Faiq oğlu çayxanada naməlum şəxslə dava edən zaman başından xəsarət alıb. Tapançanın qundağı ilə başından xəsarətlər alan İ.Abbasov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.