Hindistanın cənubundakı Tamilnad ştatında pirotexnika fabrikində baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayış ştatın paytaxtı Çennayi şəhərindən 80 km cənub-qərbdə, Kuruvimalay rayonundakı zavodda baş verib.
Qeyd olunub ki, 5 nəfər hadisə yerində, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib. 16 yaralı xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Fabrikdəki partlayış yanğın nəticəsində baş verib. Hadisənin səbəbləri araşdırılır.