Mətbuat Şurasından jurnalistin videosuna REAKSİYA
Jurnalist cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək missiyasını heç zaman unutmamalı, soyuq davranaraq hər hansı kənar təsirə məruz qalmamalı, səsləndirdiyi fikirlərin insanlar tərəfindən birmənalı qarşılanmamaq riskini nəzərə almalıdır.

Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, bu mənada jurnalist Fərdin İsazadənin “NoyanTapan” adlı erməni YouTube kanalında yayımlanmış “Yumşaq güc” verilişində Azərbaycanın Novruz adətlərinin qeyri-insani tərzdə təqdimatına cavab mahiyyəti daşıyan satirik video hazırlayıb yayması da yolverilməzdir.

"F.İsazadə zorakılığa çağırış kimi qələmə verilə biləcək mübahisəli fikirlər səsləndirməkdənsə, Novruz bayramının gerçək bəşəri mahiyyətini izah etməli, "NoyanTapan" erməni YouTube kanalının materialının cəfəng xarakter daşıdığını göstərməli, bildirməli idi ki, medianın bu sayaq davranışları region xalqları arasında dayanıqlı sülhün əldə olunmasına maneçilik törədir.

F.İzazadənin fikirləri jurnalistin şəxsi yumoristik yanaşmasıdır. Azərbaycan mediası bu videonu paylaşmayıb və ona informasiya məzmunu qazandırmaqdan uzaqdır. Belə təmayüllər ölkəmizin qanunvericiliyinə, konkret olaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsinin zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatların, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışların informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılmasının qadağan olunmasına dair tələbinə ziddir. Bu kimi hallar, eyni zamanda, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarındakı “jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” müddəası baxımından da yolverilməzdir.

Mətbuat Şurası Azərbaycanın media təmsilçilərinə müraciət edərək hər bir təqdimatın həssaslıq dərəcəsi barədə ciddi şəkildə düşünməyə çağırır. Şura ayrı-ayrı vətəndaşlara da müxtəlif sosial şəbəkə profillərindəki paylaşımlarında yuxarıda qeyd edilən məqamları nəzərə almağı, ehtiyatlı olmağı tövsiyə edir.

Azərbaycan Mətbuat Şurası, həmçinin, bildirir ki, azərbaycanlılara qarşı zorakılıq hallarının təbliği Ermənistan jurnalistləri arasında dəfələrlə müşahidə olunub. Onlar da bir çox hallarda milli ayrıseçkiliyə, nifrət məzmunlu çağırışlara üstünlük veriblər. Təəssüf ki, eyni xoşagəlməz hallar indi də yaşanmaqdadır. Ümid edirik ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrində Etika üzrə Müşahidə Şurası da məsələyə diqqət yetirəcək, Ermənistan mediasında Azərbaycan dövləti və xalqına qarşı aşağılayıcı rəftarın, hiddətin, qəzəbin aradan qalxmasına dəstəyini göstərəcək, bununla bağlı prinsipial mövqeyini ortaya qoyacaqdır", - bəyanatda vurğulanır.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti