Ardını oxu...
“Anım günündə şəhidlərimizi qürur və ehtiramla yad edirik”. “Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviter hesabında yazıb.

“Qarabağ Azərbaycandır, şəhidlər ölməz, Vətən bölünməz”, - səfir sosial şəbəkə hesabında qeyd edib.
Ardını oxu...
Sentyabrın 26-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. Bu sənəddə Media Reyestrinin aparılması qaydaları təsdiq edilib.

Media Reyestrinin aparılması qaydalarına görə, reyestr -Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır.

Media Reyestri Elektron hökumət sistemi vasitəsilə fəaliyyət göstərəcək. Reyestrin təhlükəsizliyini Dövlət Rabitə və İnformasiyanın təhlükəsizliyi xidməti həyata keçirəcək.

Reyestrdə media subyektləri, redaksiyalar və jurnalistlərin özləri haqqında məlumatlar əksini tapacaq.

Xüsusən, fiziki şəxs olan media subyektinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, vətəndaşlığı və daimi yaşadığı ölkə, məhkumluğunun olub-olmaması haqqında məlumat, VÖEN-i, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı, əlaqə məlumatları, hüquqi şəxs olan media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), VÖEN-i, hüquqi və faktiki ünvanı, əlaqə məlumatları qeyd ediləcək.

Fiziki şəxs fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda, ali təhsili olmadıqda, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə, media subyekti ilə əmək müqaviləsi olmadıqda, reyestrə daxil edilməmiş media subyektində işlədikdə, jurnalistika sahəsi üzrə iş stajı 3 ildən az olduqda, jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası qaydalarına riayət etmədikdə reyestrə daxil edilməsindən imtina olunacaq.

Reyestrə daxil edilmiş hüquqi və fiziki şəxslərə şəhadətnamə və jurnalist vəsiqəsi verilir (üç illik).

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, reyestrin tətbiqinin məqsədi medanı və jurnalistləri tam nəzarətə götürmək, hakimiyyətin maraqlarına uyğun olmayan insanları jurnalistikadan uzaqlaşdırmaqdır.

"Maraqlıdır ki, hansı səbəbdən reyestr ancaq mediaya tətbiq olunur. Niyə tikinti, tibb, ticarət və ümumiyyətlə digər xidmət sahələrinə reyestr tərbiq edilmir? Həmin sahələrdə insanlar müqavilələrlə işləyirmi? Elə isə bütün peşə sahələrinə reyestr tətbiq etsinlər, biz də başa düşək ki, onların bir hissəsiyik. Burada xüsusi bir məqsəd var, məhdudlaşdırmaq. Azərbaycan hakimiyyəti indiyədək media cəmiyyətinin inkişaf konsepsiyasını təqdim etməyib. Yəni, hakimiyyət Kütləvi İnformasiya Vasitləsinin inkişafını necə görməsi barədə sənəd təqdim etməyib. İndiyədək Kütləvi İnformasiya Vasitələrinə qarşı siyasətdə ancaq məhdudlaşdırmaq, sıradan çıxarmaq, təzyiq etmək, mənzillərlə, qrantlarla, pullarala ələ almaq siyasətini görürük" , o qeyd edib.

Yeni Nəsil Jurnalistlər Birliynin rəhbəri Arif Əliyev hesab edir ki, "Media haqqında" qanunun tətbiqi çətinliklərlə müşahidə edilir.

"Reyestrə alınma ilə bağlı işlər başlayanda biz qanunun əsas çətinliklərini hiss edəcəyik. Qanunun digər çətinliyi ondan ibarətdfir ki, yozum üçün çoxlu imkanlar verir və ölkədəki siyasi vəziyyətə uyğun olaraq sərt və liberal formada tətbiqi siyasi iradən asılı olacaq" , ekspert Amerikanın Səsinə bildirib.
 

Ardını oxu...
DİA.AZ: - "Mənim şikayətim Ayna Sultanova ərazisində yerləşən "Fərid Palace" ilə üzbə üz olan "Sərfəli" mağazasındandı". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fərid Həsənov adlı istifaadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Bu mağazada alınan məhsullara ƏDV qeyd olunan çek verilmir. Verdikləri çekdə isə "Bizi seçdiyiniz üçün təşəkkür edirik" dən başqa demək olar heç nə yoxdur.

Bu mağazada ciddi nöqsan pozuntuları var. Xahiş edirəm bu mağaza haqda aidiyyatı qurumlar qısa zamanda tədbir görsün və ciddi nöqsan pozuntuları aradan qaldırılsın, şəffaf kassa sistemi qurulsun".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Yunanıstanın Afina ətrafındakı Psixiko qəsəbəsində naməlum şəxslər İran səfirliyinin binasına hücum edib.

Motosiklet sürən iki kapüşonlu şəxs gecə saat 1 radələrində səfirliyin binasına “Molotov kokteyli” atıblar.

Yunanıstan polisinin məlumatına görə, “Molotov kokteyli” ciddi ziyan vurmadan səfirliyin inasının xarici divarına çırpılıb.
 
Ardını oxu...
Ukraynanın Xarici İşlər Naziriyi vətəndaşlarına Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş ərazisini Azərbaycan, Gürcüstan və ya Qazaxıstan vasitəsilə tərk etmək barədə izahat xarakterli məlumat yayıb.

Bu barədə “Report” Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, həyat və sağlamlıq üçün təhlükə olduğuna görə, bu gün Krımda və ya digər müvəqqəti ərazilərdə qalmaq təhlükəlidir.

Ukrayna XİN xarici ölkələrə giriş və tranzit rejiminin aktuallığını yoxlamaq, xüsusən onların ərazisində olma şərtlərini öyrənmək üçün nazirliyin interaktiv xəritəsinə müraciət etməyin kifayət oduğunu bildirib.
 
Ardını oxu...
Bakıda dönmə işığını yandırmayan sürücü digər avtomobilə təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, 10-YY-054 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü sentyabrın 22-də, paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən qəfildən dayanmaq fikrinə düşür.
Bu zaman dönmə işığından istifadə etmədən yolun hərəkət hissəsində dayanıb və görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb.
 
Ardını oxu...
Qazaxda ildırım vurması nəticəsində ölən və xəsarət alan məktəblilərin adları məlum olub.

APA-nın məlumatına görə, rayonunun Birinci Şıxlı kənd tam orta məktəbinin altıncı sinif şagirdi Nuray Osmanova və onun bacısı - dördüncü sinif şagirdi Ayan Osmanova ilə qohumları - beşinci sinif şagirdi Əfsanə Məmmədzadəni ildırım vurub.

Nəticədə Nuray Osmanova aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Onun bacısı və qohumu isə Qazax Müalicə və Diaqnostika mərkəzinə yerləşdiriliblər.

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb.

Ayan Osmanovanın isə reanimasiya şöbəsində müalicəsi davam etdirilir.


16:09

Azərbaycanda iki nəfəri ildırım vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb.

Onların təcili olaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirildiyi bildirilir.

Qazax Müalicə Diaqnostika Mərkəzindən faktı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, 22.09.2022-ci il tarixində ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“Onlardan biri 2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölüb. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

Könül Cəfərli
 
Ardını oxu...
Nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.
 
Ardını oxu...
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) təbii qaz kəmərində terror aktının qarşısını alıb.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, xidmət terror aktı hazırlayan Rusiya Federasiyası vətəndaşını saxlayıb.

Həmin şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinə işlədiyi iddia edilir.

Kəmər Türkiyə və Avropaya təbii qaz nəqli həyata keçirir.
 
Ardını oxu...
Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir…

Bir neçə il öncə evindən külli miqdarda narkotik vasitələr aşkar olunaraq həbs edilən Salyan rayonunun Qaraçala qəsəbəsinin sakini, 1965-ci il təvəllüdlü Məmmədov Elşən Ağalar oğlu yenidən köhnə əməlini davam etdirir.

Bununla bağlı Qaraçala qəsəbəsindən olan bir qrup sakin Demokrat.az-a müraciət edərək, Elşən Məmmədovun həbs edilməsini tələb edir.

Sakinlərin sözlərinə görə, Elşən Məmmədov Salyanda kütləvi olaraq, gəncləri narkotiklə zəhərləyib məhv edir.

“Elşən Məmmədov 2017-ci ildə külli miqdarda narkotiklə vasitələrlə həbs olunub, evindən 10 kiloqrama yaxın narkotik maddələr aşkar olunub. Bu qədər ağır cinayətlər törətməsinə baxmayaraq, Elşən Məmmədov bir neçə ay sonra naməlum səbəblərdən azadlığa buraxılıb. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il həbs verilsə də, bir neçə aydan sonra Şirvan Appelsiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Hazırda yenə narkotik alverçisi kimi fəaliyyət göstərir, övladlarımızı kütləvi şəkildə narkotikə aludə edir”, – deyə Qaraçala sakinləri bildiriblər.

Sakinlərin iddiasına görə, Elşən Məmmədov Bakıda yüksək vəzifədə işləyən həmkəndlisi tərəfindən himayə olunur.

 

Dünyapress TV

Xəbər lenti