Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) təbii qaz kəmərində terror aktının qarşısını alıb. “Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, xidmət terror aktı hazırlayan Rusiya Federasiyası vətəndaşını saxlayıb.
Həmin şəxsin Ukrayna Təhlükəsizlik Xidmətinə işlədiyi iddia edilir.
Kəmər Türkiyə və Avropaya təbii qaz nəqli həyata keçirir.