Ardını oxu...
ABŞ Ədliyyə nazirliyi Birləşmiş Ştatlar ordusunun keçmiş mayoru Ceymi Li Henri və onun həyat yoldaşı həkim Anna Qabrielyana qarşı hərbi xəstələrin məxfi tibbi məlumatlarını Rusiyaya ötürməkdə ittiham olunduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Li Henri və Anna Qabrielyanın Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Rusiyaya casusluq etməyə başladığı üzə çıxıb. Onlar Rusiya hökumətinə “hökumət və ABŞ ordusu ilə əlaqəli insanların sağlamlıq vəziyyəti haqqında təsəvvür əldə etməkdə” kömək göstəriblər

Ardını oxu...
Anna Qabrielyan

Avqust ayında cütlük Rusiya məmuru olduğu düşünülən, lakin əslində gizli FTB agenti olan bir adamla görüşüb. Əslən erməni olan Anna Qabrielyan həmin agentlə söhbətində “vətənpərvərlik ruhunun onu Rusiyaya istənilən yardımı göstərməyə sövq etdiyini, bunun üçün işdən qovulmaq və ya həbsxanaya düşməkdən çəkinmədiyini” söyləyib.
Ardını oxu...
Ceymi Li Henri

Həmin şəxs ABŞ-ın Ukrayna əsgərlərinə keçdiyi hərbi təlimlər barədə məlumatlara malik olduğunu, bu savaşda Rusiyaya üstünlük verdiyini və hətta Rusiya ordusunda könüllü vuruşmaq barədə düşündüyünü deyib.

Cütlüyün hansı cəzaya məruz qalacağı hələlik məlum deyil.

Musavat.com
 
Ardını oxu...
Şəmkir rayonunda avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Report”un məlumatına görə, sentyabrın 28-də Könüllü kəndində avtomobilin vurduğu - 2009-cü il təvəllüdlü S.Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı biri məktəbli olmaqla daha 2 piyada da xəsarət alıb. Onların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəxsiyyəti hələ ki məlum olmayan orta yaşlı şəxs toydan çıxıb yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan istirahət mərkəzində işə düzəlib.

Bunu ölkənin “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, o, “Apaga Resort” istirahət kompleksində menecer vəzifəsində çalışır. Kompleks Ermənistanın Baş naziri Nikol Paşinyanın doğulduğu Enokavane rayonunda yerləşir.

Qəzetin əməkdaşları keçmiş nazirlə əlaqə saxlamaq istəyib, amma o, zənglərə cavab verməyib. Lakin Z.Mnatsakyanın yaxın ətrafı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Z.Mnatsakyan 2018-2020-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb. O, İkinci Qarabağ müharibəsindən sonra postundan azad edilib.
 
Ardını oxu...
Bosfor boğazından keçən quru yük gəmisində mühərrik nasazlığı yaranıb. Bu səbəbdən də boğazda gəmilərin hərəkəti dayandırılıb.

Məlumata görə, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi.

İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib.

Gəminin boş olduğu bildirilir.
 
Ardını oxu...
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 
Ardını oxu...
Lənkəranda məişət tullantılarının atıldığı zibil poliqonunda yaranan anti-sanitar vəziyyət əhalini narahat edir.
Sözügedən ərazi Lənkəranın Göyşaban kəndində yerləşir və beş hektar sahəni əhatə edir.
Sakinlərin sözlərinə görə zibil poliqonu hər gün yandırılır: "24 saat bu zibillik yanır, yaşamaq mümkün deyil".
Əhalini narahat edən problemlə bağlı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində yeni utilizasiyası zavodu tikiləcək və burada istehsal gücü 10 min kub metr olan məişət və qeyri məişət tuallantılarının utilizasiyası mümkün olacaq.
Daha ətraflı sujetdə:
bələdiyyə.net

 
Ardını oxu...
Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən xəbərdə bildirilir ki, o, ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir.

Nazirlik vətəndaşlara müraciət edib.

“Tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”, – deyə məlumatda qeyd edilib.
Ardını oxu...
Rusiyalılar səfərbərlikdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar.

Ukraynada döyüşmək istəyi olmayanlar bu məqsədlə özlərinə xəsarət yetirməkdən belə çəkinmirlər.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda Rusiya vətəndaşının kənar bir şəxsin köməyilə əlavə hərbi xidmətdən yayınmaq üçün qəsdən ayağını sındırması əks olunub.

Həmin görüntüləri sizə təqdim edirik:

 
Ardını oxu...
Ötən həftə Səhiyyə naziri Teymur Musayev ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyəti açıqlayarkən yoluxma və ölüm hallarının az olduğunu bildirib. Hətta nazir bəyan edib ki, pandemiyanın sonuna doğru gedirik.

BAKU.WS xəbər verir ki, belə olan təqdirdə Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalması böyük maraq doğurur.

Nəzərə almaq lazımdır ki, ölkədə koronavirusla bağlı karantin rejimi noyabrın 1-nə kimi uzadılıb. Eyni zamanda sərt karantin rejimində bir çox məhdudiyyətlər aradan qaldırılıb.

Son iki ildə vətəndaşlar ölkəni hava yolu ilə və yüksək qiymətə tərk etmək məcburiyyətində qalırlar. Ekspertlərin fikrincə, quru sərhədlərin bağlı qalması ölkəni sağlamlıq, turizm və iqtisadiyyat baxımından tez-tez tərk edən vətəndaşların daha çox təsir edir.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

 

Dünyapress TV

Xəbər lenti