Lənkəranda məişət tullantılarının atıldığı zibil poliqonunda yaranan anti-sanitar vəziyyət əhalini narahat edir. Sözügedən ərazi Lənkəranın Göyşaban kəndində yerləşir və beş hektar sahəni əhatə edir. Sakinlərin sözlərinə görə zibil poliqonu hər gün yandırılır: "24 saat bu zibillik yanır, yaşamaq mümkün deyil". Əhalini narahat edən problemlə bağlı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində yeni utilizasiyası zavodu tikiləcək və burada istehsal gücü 10 min kub metr olan məişət və qeyri məişət tuallantılarının utilizasiyası mümkün olacaq. Daha ətraflı sujetdə: bələdiyyə.net