Ardını oxu...
“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir.
Reportyor.info xəbər verir ki, bu dəfə müştərilərdən biri marketin vitrinində başqa, kassada ayrı qiymətlə qarşılaşıb. Belə ki, 15 ədəd yumurtanın üzərində 1,35 manat qeyd olunsa da, kassada verilən qəbzdə onun 1,65 manat hesablandığı məlum olub. Müştəri bununla bağlı video fakt paylaşıb. Ümumiyyətlə, “Araz” marketlərində istehlakçıların aldadılması, qiymətlərin düzgün qoyulmaması və ya fırıldaq işlədilməsi tez-tez olur.
Onu da deyək ki, “Veysəloğlu” MMC ilə bağlı cərimə protokolu tərtib edilib. MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Sözügedən maddəylə bağll danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması kimi qəbul edilir.

 
Ardını oxu...
İran Prezidenti İbrahim Rəisi və nümayəndə heyətini daşıyan helikopterin qəzaya düşdüyü yeri azərbaycanlı xilasedicilər tapıb.

Publika.az xəbər verir ki, bu barədə MOUZE video yayıb.

Görüntüdə qəza yerinə ilk yetişən xilasedicilərin azərbaycanca danışdığı anlaşılır.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Ardını oxu...
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

"Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun iki ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb", - deyə nazirlikdən bildirilib.
 
Ardını oxu...
Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq. Ekspertin sözlərinə görə, bu layihənin icrasına çoxdan ehtiyac var idi.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.

Ərşad Hüseynovun sözlərinə görə, layihənin icrası üçün ərazidə yerləşən iaşə obyektləri sökülmək məcburiyyətində qalarsa, qanunvericiliyə uyğun olaraq obyekt sahiblərinə kompensasiya ödənilməlidir.

 
Ardını oxu...
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.
 
Ardını oxu...
Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması ölkənin siyasi həyatında canlanma yaradıb. Artıq bəzi tanınmışlar marafona qoşulacaqlarına dair iddialarını açıq şəkildə ortaya qoyublar.

Belə ki, sabiq baş nazir Pənah Hüseyn, REAL sədri İlqar Məmmədov, "yeni müsavat" Media qrupunun rəhbəri Rauf Arifoğlu, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə, politoloq Elxan Şahinoğlu və digər tanınmış ictimai-siyasi xadimlər mandat uğrunda mübarizə aparacaqlarını açıq şəkildə dilə gətiriblər.

Parlament seçkilərində iştiraka bir o qədər də həvəs göstərməyən tanınmış siyasi xadimlər də az deyil. Sabiq dövlət katibi Lalə Şövkət bu marafondan kənarda qalacağını rəsmi qaydada bəyan edib. Müxalifətin radikal qanadını təmsil edən AXCP-nin və onu sədri Əli Kərimlinin ənənəvi boykot taktikasından bu dəfə də imtina etməyəcəyi gözlənilir.

Vaxtilə ölkənin siyasi həyatında yaxından rol oynamış 2 nəfərin - Müsavat başqanı İsa Qəmbərin və AMİP lideri Etibar Məmmədovun parlament seçkilərində iştirak edib-etməyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir. Hələki həm İsa Qəmbər, həm də Etibar Məmmədov bu suala konkret cavab verməkdən yayınır. Ancaq həm Müsavatın, həm də AMİP-in növbəti parlament seçkilərində iştirak edəcəyi şübhə doğurmur. Bununla bağlı rəsmi qərar olmasa da, hər iki partiyanın yetkililəri bununla abğlı dəfələrlə konstruktiv mövqe sərgiləyiblər.

Hurriyyet.az xəbər verir ki, yenisabah.az həm hakimiyyət, həm də müxalifət dairələrindəki mənbələrindən mövzuya dair maraqlı məlumatlar əldə edib. AMİP funksionerlərindən biri bizimlə söhbət zamanı Etibar Məmmədovun parlament seçkilərində iştirak ehtimalının çox aşağı olduğunu bildirib. Onun sözlərinə görə, 69 yaşlı Məmmədovun parlament seçkilərində iştirakı möcüzə nəticəsində baş verə bilər.

Müsavat başqanı İsa Qəmbərin də marafonda iştirakı real görünmür. Başqan bu dəfə silahdaşlarını önə vermək istəyir. Partiya kuluarlarında hesab edirlər ki, hakimiyyətin əngəl törətməyəcəyi təqdirdə Müsavat seçki mübarizəsində ən azı 4-5 mandatla ayrıla bilər.

“Yeni Sabah”ın hakimiyyət dairələrindən aldığı məlumat müxalif düşərgədən verilən məlumatlarla təxminən üst-üstə düşür. İqtidar komandasının aparıcı fiqurlarından biri saytımıza açıqlamasında İsa Qəmbərin də Etibar Məmmədovun da mandat almaq şansını çox aşağı qiymətləndirib. Onun sözlərinə görə hakimiyyət 4 nəfəri - İsa Qəmbəri, Etibar Məmmədovu, Əli İnsanovu və Əli Kərimlini heç bir halda parlamentdə görmək istəmir. Mənbə yuxarıda adı çəkilən 3 nəfərdən fərqli olaraq, Əli İnsanovun şansını 50/50 qiymətləndirir.
 
Ardını oxu...
Artıq neçə müddətdir ki, köhnə, ekoloji cəhətdən zərərli sayılan avtomobillərə sahib olanlar səksəkədədir. Kimisi avtomobillərinin məcburi şəkildə əlindən alınacağını düşünür, kimisi icbari utilizasiyadan danışır. “Kasıbın maşını olmayacaq” deyənlər də az deyil.

Ötən həftə isə mətbuatda köhnə nəqliyyat vasitələrinin dövriyyələrinin məhdudlaşdırılması üçün təkliflərin hazırlanacağı ilə bağlı xəbərlər yayıldı. Belə ki, təkliflər Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması məqsədi daşıyacaq. Layihə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Maraqlıdır, təkliflər necə hazırlanacaq? Köhnə avtomobil sahiblərinə güzəştlər nəzərdə tutulacaqmı? Yoxsa, həqiqətən kasıbın avtomobili olmayacaq?

“Vətəndaşın marağı nəzərə alınmalıdır”

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev deyir ki, hazırda könüllü şəkildə köhnə nəqliyyat vasitələrinin utilizasiya prosesinə start verilib: “Yəni, kim istəsə, işlək, yararsız, yaxud qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsini təhvil verə biləcək və ödənişini alacaq. Qiymətlər isə standartdır. Hazırda ölkəyə gətirilən yeni və texniki baxışdan keçən nəqliyyat vasitələrindən əlavə rüsumlar alınır və fond formalaşır. Bir müddət sonra isə utilizasiya prosesi başlayacaq”.

Mütəxəssis deyir ki, atılan hər addımda vətəndaşın marağı təmin edilməli, proses vətəndaşın xeyrinə olmalıdır: “Bu gün, xüsusilə bölgələrdə, kəndlərdə yaşayan vətəndaşlar 70-80-ci illərin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edirlər. Hansı ki, bu avtomobillər kənd təsərrüfatı işlərində istifadə olunur, vətəndaşın işinə yarayır. Köhnə olsa da, kəndlinin əlindən tutur. Fikrimcə, ilkin mərhələdə bu avtomobillərin utilizasiyası başlayacaq. Düzdür, bu avtomobillər ekoloji cəhətdən zərərli olduğu üçün dövriyyədən tamamilə çıxarılmalıdır, amma bunun üçün vətəndaşa sərfəli təklif verilməlidir. Ən azından, hazırda istifadə etdiyi nəqliyyat vasitələrinin səviyyəsinə nisbətən uyğun nəqliyyat vasitəsi verib, əlindəkini almaq olar. Yaxud yeni bir nəqliyyat vasitəsi ala bilmək üçün ona müəyyən qədər vəsait verilməlidir. Utilizasiya üçün nəzərdə tutulan 2500 manat vətəndaşa sərf etmir. Çünki o, həmin qiymətə avtomobil ala bilməz. Ona görə də bu problemin həlli ilə bağlı proqram qəbul edilməlidir, təkliflərdə nəzərə alınmalıdır”.

“Müvafiq icra mexanizmi hazırlanacaq”

Mütəxəssis deyir ki, proqramda nəqliyyat vasitəsinin işləkliyi, yaxud tam yararsızlığı nəzərə alınıb, ona uyğun vəsait ödənilməlidir: “Köhnə avtomobillər sıradan çıxdıqda, müəyyən güzəştli qiymətlər əsasında ölkədə istehsal edilən avtomobillərin satışı təşkil oluna və vətəndaşa təklif edilə bilər. Bu, köhnə avtomobil sahiblərinin nəqliyyat vasitələrindən imtina etməsini stimullaşdıracaq. Bütün tərəflərin maraqlarını təmin edəcək bir strategiya hazırlanmalıdır. Düşünürəm ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesinə yanaşmanın formalaşdırılması üçün müvafiq icra mexanizmi hazırlanacaq. İnsanların nəqliyyat vasitəsini əlindən alıb iflic etmək düzgün yanaşma olmaz”.

“Ölkədəki avtomobillərin 70 faizi köhnədir”

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, istehsalçı tərəfindən verilən zəmanət müddəti bitən avtomobillər köhnə avtomobil sayılır. Onların ölkə daxilinə idxalı artıq məhdudlaşdırılıb: “Ötən ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə idxalı qadağandır. Ölkə daxilində isə köhnə avtomobillərin istismarının dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı hazırda ümumiyyətlə məlumat yoxdur və düşünmürəm ki, bu, qısa müddətdə həyata keçirilsin. Çünki ölkədəki avtomobillərin 70 faizi köhnədir. Məhdudlaşdırılma isə hazırda ölkəyə daxil olan avtomobillərlə aiddir. Hazırda proses əsasən taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə bağlıdır. Çünki taksidə istismar olunacaq nəqliyyat vasitələrinin yaşı səkkiz ildən çox olmamalıdır və onlar yeni mövsümdə artıq “Avro 5” ekoloji standartına cavab verməlidirlər”.

“Avro 5”-ə keçid reallaşa bilər

Mütəxəssis deyir ki, artıq qonşu Gürcüstanda “Avro 5” standartına cavab verməyən avtomobil idxal olunmur və orada satılmır: “Ölkəmizdə hazırda ekoloji standart olaraq “Avro 4” qəbul olunub. Ola bilər ki, gələn ildən “Avro 5”-ə keçid olsun”.

“Gözümüzün önünə köhnə sovet avtomobilləri gəlir”

Məhdudlaşdırılma ilə bağlı təkliflər məsələsinə gəldikdə isə, nəqliyyat eksperti vurğulayır ki, bu prosesdən danışanda gözümüzün önünə ilk növbədə köhnə sovet avtomobilləri gəlir: “Məhdudiyyətlər bugünkü müasir təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil oluna bilər. Məsələn, bilirik ki, köhnə sovet avtomobillərində təhlükəsizlik baxımından ABS sistemi mövcud deyil. Bu, nəqliyyat vasitəsi üçün çox vacib məsələdir, çünki ABS tormozlanma zamanı dəstəkçi rolunu oynayan sistemdir. Bundan əlavə, bu nəqliyyat vasitələri bugünkü müasir ekoloji standartlara cavab vermir”.

Məlumat üçün bildirək ki, bu layihə iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmalıdır. (“Kaspi” qəzeti)
 
 


 
Ardını oxu...
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub.

AzFakt.com xəbər verir ki, ayın 21-də keşçiriləcək iclasda 11 məsələ müzakirə ediləcək:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı

2. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi

3. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

4. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) -“Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi

5. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

6. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

8. Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

9. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

10. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi

11. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmətə göndərilmə üzrə müqavilə bağlanması yolu ilə məhkumların şərti azadlığa buraxılması haqqında qanun imzalayıb.

Bu barədə qanun layihəsinin sənədində bildirilib.

Qeyd edək ki, bir gün əvvəl ədliyyə nazirinin müavini Yelena Vısotskayanın bəyanatına görə, beş minə yaxın məhkum hərbi xidmət üçün müqavilə bağlamaqla şərti azadlığa buraxılma haqqında qanunun qəbulu ilə razılaşıb.
Mənbə: NV.ua
 
Ardını oxu...
Azərbaycanda mövcud olan, xüsusilə sovet ittifaqı dövründə və müstəqilliyin ilk illərində özbaşına inşa edilmiş sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.

Bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.

Bildirib ki, Prezidentin ötən il daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması ilə bağlı fərmanı olub:

“Həmin fərman daşınmaz əmlakın reyestri və kadastrı sahəsində bütün növ əməliyyatları elektronlaşdırılmasını nəzərdə tutur. Bundan sonra kağız tələbləri və vətəndaşların qeydiyyat orqanına gəlmə məcburiyyəti ortadan qalxacaq. Dövlət orqanları elektron inteqrasiya qaydasında bir-birindən sənədləri əldə edərək elektron arxivlər vasitəsilə qeydiyyat üçün lazımi sənədləri təmin edəcəklər. Bu istiqamətdə normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fərmanda tapşırıq qoyulub. Hazırda həmin normativ sənədlərin hazırlanması davam etdirilir. Portal yaradıldıqdan sonra bütün növ sənədlərin elektron qeydiyyatı başlanılacaq”.

O, qeyd edib ki, burda önəmli yeniliklərdən biri xüsusilə, çoxmənzilli yaşayış binalarında mənzil əldə edilməsi ilə bağlıdır:

“Bəzi vətəndaşların şikayəti ilə qarşılaşırıq. Bir mənzilin bir neçə şəxsə satılması, ümumi sahənin düzgün hesablanmaması ilə bağlı şikayətlər olur. Vətəndaşların maliyyə borcunu tam ödəməklərinə baxmayaraq müvafiq arayışın əldə edilməsi ilə bağlı çətinliklərlə qarşılaşılmasından narazılıq edilir. Yaradılacaq modulla çoxmənzilıli yaşayış binasının tikintisinə icazə alındığı andan etibarən həmin binanın portalda xüsusi bir imitasiyası yaradılacaq, hər bir mənzil ancaq portal vasitəsilə elektron qaydada alqı-satqı oluna biləcək və bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanaraq onun ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək. Eləcə də mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun hesablanması, ödənişlərin elektron hökumət portalı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin fərmanı ilə bəzi qeyri-yaşayış obyektlərinin istismara icazəsinin sadələşdirilməsi nəzərdə tutulub. Bu istiqamətdə Azərbaycanda yeddi mindən artıq sahibkarın qeyri-yaşayış obyektinin sənədləşdirmə işləri artıq başlanılıb və burada çox ciddi, uğurlu bir təcrübə əldə olunub. Dövlət Xidmətində buradakı təcrübənin yaşayış fonduna tətbiqi istiqamətində işlər aparılır”.

E.Məmmədov MTK-ların bir mənzili bir neçə hissəyə bölüb satmaları məsələsinə də münasibət bildirib:

“MTK-lar fiziki olaraq mənzili bölüb, yeni qapı qoyub və ya başq bilər, dəyişikliklər edərək sata bilirdilər. Vətəndalar sənədləşməyə gələndə məlum olurdu ki, əslində layihədə belə bölgü nəzərdə tutulmayıb. Alqı-satqı əməliyyatları tam elektronlaşdıqdan sonra layihədə olmayan hissə artıq portalda mövcud olmayacaq. Yəni əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək. Bunun üçün portalda mənzilin hər bir imitasiyası olacaq, hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi öz əksini tapacaq və vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək”.

E.Məmmədov bildirib ki, yeni yaradılan portalda elektron arxiv modulu olacaq:

“Hər bir vətəndaş öz şəxsiyyət vəsiqəsinin pin kodunu orda yazdığı zaman ona digər dövlət orqanlarının bu günə qədər verdiyi sənədlərin elektron təsdiqlənmiş sürətlərini görəcək. Məsələn, sizə hansısa icra hakimiyyəti tərəfindən bir torpağa aid sərəncam verilibsə, qeydiyyat üçün həmin kağızı fiziki olaraq gətirməyə ehtiyac olmayacaq. Həmin dövlət orqanı ilə elektron interasiya qaydasında vətəndaş sənədi portalda görəcək”.
 
 
 

Dünyapress TV

Xəbər lenti