Polşada Rusiya casus şəbəkəsi ifşa edildi – 9 nəfər
Polşa Daxili təhlükəsizlik agentliyi (ABW) Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 nəfəri saxlayıb və onlardan 6-sı məhkəmə tərəfindən həbs edilib.
Qaynarinfo “Polsat News”a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.
Kaminskinin sözlərinə görə, şübhəlilər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Polşaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirib və Rusiya kəşfiyyatının maraqlarına uyğun təxribat aktları hazırlayıblar.
“Saxlanılanlar şərq sərhədindən gələn əcnəbilərdir”, – xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazir bildirib.
“Məhkəmə onlardan 6-sı barəsində müvəqqəti həbs qərarı verib. Prokurorluq Rusiyaya casusluq və mütəşəkkil cinayətkar qruplaşmada iştirak ittihamı irəli sürüb”, – Kaminski bildirib.
Dünən saxlanılan 3 nəfərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Dəlillər göstərir ki, qrup dəmir yolu marşrutlarının monitorinqi ilə məşğul olub. Onun vəzifələrinə Ukrayna adından həyata keçirilən silahların ötürülməsini müəyyənləşdirmək, monitorinq etmək və sənədləşdirmək daxildir”, – Kaminski bildirib.
Onun sözlərinə görə, şübhəlilər həm də Ukraynaya texnika, silah və yardımın çatdırılmasını iflic etməyə yönəlmiş təxribat aksiyalarına hazırlaşırmış.
ABW əməkdaşları Ukraynaya humanitar yardım göndərilərkən quraşdırılmalı olan kameralar, elektron avadanlıqlar və GPS ötürücüləri ələ keçiriblər.
“Qrupa həmçinin Polşa-Ukrayna münasibətlərinin sabitliyini pozmağa, Polşada NATO ölkələrinə qarşı düşmənçilik əhval-ruhiyyəsini qızışdırmağa və Polşa hökumətinin Ukraynaya qarşı siyasətinə zərbə vurmağa yönəlmiş təbliğat fəaliyyəti həyata keçirmək tapşırılıb”, – nazir deyib.
Onun sözlərinə görə, rusların qrup üzvlərinə fəaliyyətlərinə görə qonorar ödədiyinə dair sübutlar var.
“ABW-də şübhəlilərin Rusiya xüsusi xidmət orqanlarından davamlı olaraq pul aldığına dair sübutlar var”, – Kaminski bildirib.
O əlavə edib ki, istintaq davam edir. Onun sözlərinə görə, indiki vəziyyətdə informasiya “ciddi şəkildə dozalanmalıdır”.
“Hazırda xidmət və prokurorluq orqanlarının əməliyyat tədbirləri davam etdirilir. Çərşənbə günü saxlanılan daha 3 nəfərin işi yaxın vaxtlarda məhkəməyə veriləcək və onlar da həbs olunacaqlar”, – nazir bildirib.
Bundan əvvəl Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşlarının ölkədə Rusiyanın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsini aşkar etdiyini təsdiqləyib.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti