Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəis müavini Aleksandr Yakuşevi işdən çıxarıb.
Bu barədə RBC-Ukrayna müvafiq sərəncama istinadən xəbər verir.
Zelenskinin digər sərəncamları ilə Aleksandr Yakuşevdən başqa Sumı, Zaporojye bölgələrinin UTX rəisləri, o cümlədən UTX-nin Dövlət Sirrlərinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi də vəzifələrindən azad edilib.
Eyni zamanda, prezident artıq Oleq Krasnoşapkanı UTX-nin Sumı vilayəti üzrə şöbəsinin müdiri, Oleq Xramovu isə dövlət sirrinin mühafizəsi və lisenziyalaşdırma şöbəsinin müdiri təyin edib.
Xatırladaq ki, Zelenski bir müddət əvvəl UTX-nin üç region üzrə departamentinin rəhbərlərini işdən çıxarmışdı.