Niderlandda və Rusiyada çalışan diplomatik işçilərin sayını bərabərləşdirmək barədə qərara əsasən, 17 rus diplomat ölkəni tərk etməlidir.Bu barədə Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Yan Svillens bu gün mətbuat konfransında bildirib.Qeyd edək ki, daha öncə qərarın 10-a yaxın şəxsi əhatə edəcəyi bildirilmişdi.Svillens həmçinin əlavə edib ki, Rusiya kəşfiyyatının üzvləri kimi tanınan yeni şəxslərin Niderland ərazisinə buraxılmasının qarşısı alınıb.