İslam İnkişaf Bankının prezidenti, Qətər şeyxi Casim bin Həməd Al Taninin rəhbərlik etdiyi konsorsium İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq üçün müraciət edib.
"Report" xəbər verir ki, bu barədə "New York Times"ın jurnalisti Tarik Panya Al Taninin bəyanatına istinadən tviterdəki hesabında yazıb.
"Şeyx Casim bin Hamad Al Tani bu gün "Mançester Yunayted" klubunun səhmlərinin 100 %-ni almaq üçün təklifin təqdim edildiyini təsdiqləyib. Məqsəd klubun meydanda və ondan kənardakı əvvəlki şöhrətini qaytarmaqdır. Futbol komandalarına, məşq mərkəzinə və infrastruktura sərmayə qoyacaq “Al Thani Nine Two Foundation”un sayəsində sövdələşmə tamamilə borcdan azad olacaq.
Satınalma davam edərsə, təklifin digər təfərrüatları daha sonra açıqlanacaq", - açıqlamada deyilir.
Xatırladaq ki, 2022-ci il noyabrın 23-də “Mançester Yunayted”in Direktorlar Şurasının klub üçün strateji variantların, o cümlədən onun satışının araşdırılması prosesinə başladığı məlum olub. Kluba sahib olan Qleyzer ailəsi müqaviləni 6-8 milyard funt-sterlinq arasında (7,2-9,5 milyard dollar-red) qiymətləndirir və 2023-cü ilin birinci rübündə başa çatdırmağı gözləyir.