“Qabriel” siklonu adalara yaxınlaşdığı üçün Yeni Zelandiyada onlarla uçuş ləğv edilib və məktəblər bağlanıb.
Ölkənin ən böyük aviadaşıyıcısı “Air New Zealand” fevralın 14-ü günorta saatlarına qədər Oklendə və oradan bütün daxili reysləri, eləcə də bir çox beynəlxalq reysləri ləğv etdiyini açıqlayıb.
Həmçinin, Oklenddə 36-dan çox məktəb və universitet bağlanıb.
Fırtına nəticəsində 250 mm-ə qədər yağıntının düşəcəyi, küləyin sürətinin 130 km/saata çatacağı gözlənilir.
Səlahiyyətlilər sakinləri fırtına xəbərdarlığını ciddi qəbul etməyə çağırıb.