Federal Təhqiqatlar Bürosunun əməkdaşları axtarış aparmaq üçün ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin İndiana ştatının Karmel şəhərindəki evinə gəliblər.
APA-nın xəbərinə görə, bu barədə cümə günü "Politico" qəzeti hadisə yerində olan polis əməkdaşına istinadən məlumat yayıb. Ətraflı
Nəşr yazır ki, FTB Pensin evdə hər hansı məxfi materialın olub-olmadığını yoxlayıb. Axtarış keçmiş vitse-prezidentin razılığı ilə aparılıb.
CNN mənbələrinin məlumatına görə, yanvarın sonlarında Pensin evində onun vəkili tərəfindən məxfi sənədlər aşkarlanıb. Daha sonra materiallar FTB-yə təhvil verilib.