Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Respublika meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.
“Report” Ermənistan mətbuatına istinadəla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib. Ətraflı
Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini vurub.
Sonda avtomobil polis tərəfindən saxlanılıb. Ermənistanın hüquq-mühafizə orqanları insidentlə bağlı hələlik şərh verməyib.