ABŞ Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım üçün "Corc Buş" təyyarədaşıyan gəmisini və onu müşayiət edən gəmilərini Aralıq dənizinin şərqinə göndərir.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat verib.
"ABŞ Avropa Komandanlığı Türkiyə hökumətinə və axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün şəxsi heyət, avadanlıq və müxtəlif vasitələr göndərib. Onların arasında Aralıq dənizinin şərq hissəsinə yerləşdirilən "Corc Buş" təyyarədaşıyan gəmisi də var", - Rayder vurğulayıb.
Onun sözlərinə görə, təyyarədaşıyan xilasedicilərə maddi-texniki dəstək, tibbi yardım göstərəcək və ehtiyac yarandıqda öz helikopterləri ilə təmin edəcək.